Məhkəmə qərarları › İş №3(050)-640/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-640/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-640/2025 18.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, şikayətçı X14, qərarından şikayət verilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, X8 Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin xx.xx.2025-ci tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə” dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin rəisi tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən 600 manat məbləğində inzibati cərimə cəzasının tətbiq edilməsinə dair xx.xx.2025-ci tarixli, seriya MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Faiq Kəlbiyev şəxsi təsərrüfatında ət məhsulları istehsal etmək məqsədi ilə iri və xırda buynuzlu heyvan saxlayır. Kəsim işlərinin aparıldığı yer tam olaraq sanitariya və gigiyena qaydalarına uyğundur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 əməkdaşları onu əsassız olaraq 600 manat məbləğində cərimə etmişlər. Əməkdaşlar tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və qərarda inzibati xətanın nədən ibarət olması əsaslandırılmamışdır. Ondan tələb olunur ki, kəsim işlərini əsasən kəsim işlərinin aparılması üçün nəzərdə tutulmuş məntəqədə həyata keçirsin. Lakin, həmin məntəqə formal olaraq mövcuddur. Belə ki, həmin məntəqədə kəsim işləri aparmaq ücün qətiyyən şərait yoxdur və kəsim işlərinin orada aparılması mümkün deyildir. Çünki, həmin məntəqədə kəsim işlərinin aparılması üçün orada kəsimə gətirilmiş heyvanların sağlamlıq vəziyyəti yoxlanılmalı, kəsim işlərini həyata keçirən şəxsin özünün sağlamlıq vəziyyəti və digər hallar mövcud olmalıdır. Lakin, adı olub özü olmayan kəsim məntəqəsində nə kəsimə gətirilən heyvanların qəbulu, nə də ki, kəsilmiş heyvanın ətinin sahibkara təhvil verilməsi üçün şərait mövcuddur. Bir sözlə həmin məntəqənin işçiləri yalnız sahibkardan müvafiq məbləğdə pul almaqdan və kəsilmiş heyvanın ətinin sağlam olması barədə saxta arayış verməklə məşğuldurlar. Həmin məntəqədə nə qəssab nə labaratoriya nə də ki, kəsimi həyata keçirmək işlərini aparan qəbul məntəqəsi fəaliyyət göstərmir. Bununla da bildirmək istəyir ki, həmin inzibati xətanın törədilməsində onun təqsiri yoxdur. Çünki qanunun tələblərinə və sanitar qaydalara uyğun kəsim məntəqəsi olmadığı halda o, nə etməlidir. Kəsim işləri həmin məntəqədə həyata keçirilərkən sağlam heyvanın ətinin orada infeksiyalara yoluxması halları yüksək olduğu üçün orada kəsim işlərinin aparılması olduqca təhlükəlidir. O, həmin məntəqənin yarıtmaz fəaliyyəti barədə dəfələrlə aidiyyatı orqanlara şikayətlər vermişdir. Hətta orada olan nöqsanlara görə məntəqə rəhbərliyi inzibati qaydada cərimə edilmişdir. Həmin məktubların surəti ərizəyə əlavə edilmişdir. İşçilərin qanunsuz hərəkətləri barədə aidiyyatı orqanlara mütəmadi olaraq şikayətlər etdiyi üçün ona və oğluna qarşı qərəzli qərarlar qəbul edilir. Əməkdaşların qanunsuz hərəkətləri barədə agentliyin rəhbərinin qəbulunda olarkən də şifahi olaraq şikayət etmişdir. Haqlı şikayətlərinə heç bir əsaslı cavab verilməsə də, lakin ona və oğluna qarşı qərəzli hərəkətlərini davam etdirmişlər. Hətta onu şikayətlərindən əl çəkməyə məcbur etmək üçün Lənkərana çağırmışlar. Lakin o, haqqını tələb etməkdə davam etdiyinə görə onu qorxutmaq üçün oraya polis çağırılmış, lakin polis əməkdaşları onun haqlı olduğunu başa düşdükdən sonra oranı tərk etmişlər. Hesab edir ki, əməlində heç bir inzibati xəta yoxdur. Ona görə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 əməkdaşları tərəfindən tərtib etmiş olduqları xx.xx.2025-ci il tarixli MN №1802546 saylı qərarla Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilməsi barədə qərarın ləğv edilməsi və inzibati işə üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçı X14 şikayətin məzmununa uyğun izahat vərərək əlavə olaraq qeyd etdi ki, fəaliyyət göstərən kəsim məntəqələrində kəsilərək satılan heyvan ətlərinin baytarlıq ekspertizasına keçirilməsi üçün müvafiq şərait yaradılmamışdır. Hansı ki, həmin ətlərin standartlara cavab verilməsi təsdiqlənməlidir. Lakin müvafiq baytarlar isə yol kənarında nəqliyyat vasitələri ilə kəsilən ətləri yoxlamadan və gigiyena qaydalarına əməl etmədən təmiz olmasını təsdiq edirlər. Bundan əlavə uzun müddət heyvan kəsimi ilə məşğul olduğundan istifadəyə yararsız heç bir heyvan ətini pərakəndə vətəndaşa sata bilməz, heyvan kəsdiyi obyektə dair müvafiq icazə sənədi olmasa da, lakin tam sanitariya və gigiyena qaydalarına cavab verməklə, heyvan kəsimi üçün hər bir şərait yaradılmışdır. Mərkəzləşmiş heyvan kəsimi məntələqərində isə qeyd edilən şərait ümumiyyətlə mövcud deyildir. Odur ki, qeyd olunanları nəzərə alıb şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri X18 iştirakları ilə, Nümayəndə2 şikayəti qəbul etməyərək izahatında göstərdi ki, Agentlik tərəfindən həyata keçirilmiş nəzarət tədbiri zamanı şikayətçi Faiq Kəlbiyevə məxsus obyektdə aparılan reydlər Azərbaycan Respublikası Prezidenti X21 11 iyun 2018-ci il tarixli 199 nömrəli “heyvan kəsimi fəaliyətinin tənzimlənməsi haqqında” sərəncamına əsasən həyata keçirilmişdir. Qeyd edilən sərəncama əsasən heyvan kəsimi barədə sərəncamda qoyulmuş tələblərin icrasını həyata keçirmək polis orqanları, müvafiq icra hakimiyyəti və X7 həvalə edilmişdir. Birmənalı şəkildə bu sahədə fəaliyyət göstərən bütün sahibkarlara tapşırıq verilmişdir ki, küçə kəsimi, yəni mərkəzləmiş qaydada xüsusi kəsim məntəqələrindən kənarda heyvan kəsilməsi və satılması qadağandır. Bununla bağlı dəfələrlə sahibkar Faiq Kəlbiyevə məxsus obyektdə monitoriqlər keçirilmiş, müvafiq xəbərdarlıqlar edilmişdir. Lakin, X11rşısında standartlara tələb verən kəsim məntəqəsi ilə bağlı müxtəlif bariyerlər qoymuşdur. Halbuki, Masallı rayonunun ərazisində 3 kəsim məntəqəsi mövcud olmuşdur, hansı ki həmin məntəqələrdən biri Agentliyin nəzarət etdiyi sahə olmasına baxmayaraq, sahibkarlıq subyekti olmaqla öz fəaliyyətini dayandırmışdır. Ona görə ki, həmin kəsim məntəqəsi ilə bağlı sahibkar tərəfindən lizenziyalaşdırma ilə bağlı agentliyə müraciət olunur, razılıq əldə edilməklə müvafiq icazə sənədi aldıqdan sonra həmin məntəqədə mərkəzləşmiş qaydada heyvan kəsiminin həyata keçirilməsi üçün xüsusi şərait yaradılır. Agentlik olaraq qeyd edilən obyektlərin yoxlanılması da müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. Eyni qayda olaraq sahibkar X15 müraciəti ilə bağlı məktublar cavablandırılmışdır. Həmin müraciətlər əsasında qeyd edilən obyektlərdə müvafiq yoxlama aparılır, bəzi hallarda sanitar-gigiyena qaydalarının pozulması aşkar edildiyindən məsul şəxslərin barəsində inzibati qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, bütün bu tədbirlər ona əsas vermir ki, Faiq Kəlbiyev nəzərdə tutulan kəsim məntəqələrindən kənarda heyvan kəsimi və satışı ilə məşğul olmalıdır. Ona görə ki, satışda olan ətlər müvafiq baytarlıq ekspertizasından keçirilməli, sertifikatlaşdırıldıqdan sonra istifadəyə yararlılığı müvafiq qaydada təsdiqlənməlidir. Müvafiq kəsim məntəqəsində kəsilmədən, baytarlıq ekspertizasından keçirilməklə satışa icazə barədə damğalanmadan heyvan ətinin satışı birmənalı qadağandır. Bununla bağlı Faiq Kəlbiyevə bir neçə dəfə inzibati protokol tərtib edilmiş, hal-hazırda Faiq Kəlbiyevin özü və oğluna məxsus obyektlərə də müvafiq baxış keçirilmiş, lakin Faiq Kəlbiyev tərəfindən müvafiq yoxlamaya şərait yaradılmadığına görə müvafiq məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb edilməklə 3000 manat inzibati qaydada cərimə edilmişdir. X16 proflaktiki söhbətlər aparılmasına və inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, hazırda da müvafiq Sərəncamın tələblərini pozmağa davam edir. Konkret pozuntuların aşkar edilməsi ilə bağlı müvafiq aktlar tərtib edilmiş, videoçəkilişlər aparılmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alıb şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında X10 məxsus heyvan kəsimi köşkündə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları tərəfindən aparılan yoxlamanın görüntülərini əks etdirən CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları və polis sahə rəisi tərəfindən X10 məxsus yaşayış evinin həyətinin daxilində heyvan kəsimi köşkündə yol və kənarında qoyulmuş heyvan ətinə müvafiq baxış keçirilmiş, baxış zamanı ət kəsimi və satışı ilə bağlı obyektə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə sənədinin olmaması, habelə ətin baytarlıq ekspertizasından keçirilməsini təsdiq edən satışa yararlılıq barədə möhürün olmaması aşkar edilmiş, verilən sullara cavab olaraq Faiq Kəlbiyev heç bir sənədinin olmadığını və ətin möhürlənmədiyini bildirmişdir. Məhkəmə şikayət verən şəxsi və qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyib, CD diskə baxış keçirməklə iş materiallarını araşdıraraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, X14 xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində baytarlıq ekspertizasına keçirmədən mal ətinin satışı ilə məşğul olması əsasına görə Masallı RPŞnin İTB-nin sahə rəisi S.Haxverdiyev tərəfindən barəsində Azərbaycan Respublikası İXMnin 289.0.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 inzibati xəta haqqında işə baxılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X14 xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində baytarlıq ekspertizasına keçirmədən mal ətinin satışı ilə məşğul olması ilə bağlı Masallı RPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən cərimə nəzərdə tutulması barədə vəzifəli şəxs X10 xəbərdarlıq edilmişdir. Yoxlama materiallarının baxılmasına dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən Masallı RPŞ tərəfindən X14 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə baxılmasında iştirak etmək üçün X10 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 olması barədə bildiriş ünvanlanmışdır. İnzibati tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Qida X5 Regional Bölməsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X14 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol üzrə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tədqiqatı zamanı şikayət verən şəxsin və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatı, iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuşdur ki, X14 xx.xx.2205-ci il tarixdə sahibkarlıq faəliyyəti ilə məşğul olduğu Masallı rayonu, Qəsəbəsi ərazisində baytarlıq ekspertizasına keçirmədən mal ətinin satışı ilə məşğul olması halları aşkarlanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Plandankənar (növbədən kənar) yoxlama keçirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Şikayətçinin məhkəmə iclasında verdiyi izahatında heyvan kəsimini mərkəzləşdirilmiş kəsim məntəqlərindən kənarda kəsməsini etiraf etmiş, kəsilərək satılan heyvan ətlərinin baytarlıq ekspertizasına keçirilməsi üçün müvafiq şərait yaradılmaması səbəbindən, bundan əlavə uzun müddət heyvan kəsimi ilə məşğul olduğundan istifadəyə yararsız heç bir heyvan ətini pərakəndə vətəndaşa satmadığını, heyvan kəsdiyi obyektə dair müvafiq icazə sənədi olmasa da, lakin tam sanitariya və gigiyena qaydalarına cavab verməklə, heyvan kəsimi üçün hər bir şərait yaradıldıldığını, mərkəzləşmiş heyvan kəsimi məntələqərində isə qeyd edilən şərait ümumiyyətlə mövcud olmadığını izahatında göstərmişdir. Lakin, şikayətçi qərarın ləğv olunnması üçün göstərdiyi əsasları təsdiq edəcək hər hansı sübut və sənəd məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, şikayətçi qanuni fəaliyyət göstərən kəsim məntəqələri olmadığından məcbur qalaraq özü lazimi icazə olmayan yerdə kəsim faəliyyəti ilə məşğul olduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, orqanın nümayəndəsi Masallı rayonunun ərazisində standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyət göstərdiyini qeyd etmişdir. Şikayətçinin həmin kəsim məntəqələrinin şərtləri razı olmaması, eyni zamanda özünün fikirləşdiyi kriteriyalara cavab verməməsi əsası ilə həmin kəsim məntəqələrinin xidmətinin istifadə etməkdən imtina edərək özünün özbaşına lazimi icazə olmayan şərtlər daxilində kəsim fəaliyyətini həyata keçirməsinə əsas vermir. Hətta kəsim məntəqələri olmadığı halda belə şəxsə özbaşına lazimi standartlara cavab verməyən yerlərdə kəsim faəliyyəti ilə məşğul olmasına haqq qazandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi tərəfindən qəbul edilmiş 28 fevral 2025-ci il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi” barədə verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi tərəfindən X8 barəsində qəbul edilmiş 28 fevral 2025-ci il tarixli, seriya MN ******* saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar