Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-643/2023 27.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Xətai küçəsi, ev 13B-də qeydiyyatda olmaqla, Masallı şəhəri, Qarabağ küçəsi, ev 11/10-da yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Həziyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-521/2022 saylı icra sənədi üzrə 1500 manat məbləğində məhkəmə cəriməsini qanuni qüvvəyə mindiyi gündən üzürlü səbəb olmadan icra etməmişdir. Bununla bağlı onun Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş əməli törədilməsinə istinad edilərək, barəsində qeyd edilən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Həziyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-521/2022 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin borclu icra sənədinin icrasını qanunla müəyyən edilmiş müddətdə icra etməmiş, icra çağırışlarından yayınmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(050)-41/2023 saylı qərardadı ilə borclunun məcburi qaydada Masallı Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyindən barəsində İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Sonda A.Q.Hüseynov Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-521/2022 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Cəriməni qəsdlə deyil, maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilməmişdir. Sahibkardır, mağası fəaliyyət göstərir, vergi ödəyir, işsiz kimi qeydiyyata götürülməyib. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan: İnzibati xəta haqqında qərardan görünür ki, Həziyev X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(050)-521/2022 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən borclu Şəxs ünvanına tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş göndərilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(050)-41/2023 saylı qərardadından görünür ki, borclu Şəxs məcburi qaydada Masallı Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Elektron sistemdən çıxarışdan görünür ki, Şəxs ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış, VÖEN statusu aktivdir, qətnamə üzrə vergi borcundan ödənilməmiş məbləğ 77.00 manatdır. 100 manat pensiya, 100 manat sosial ödəniş alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 150.9. Fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. 150.10. İnzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1, 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ... İnzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı məsələlərə gəldikdə o da nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin qərarın icrasının müəyyən edilmiş müddətdə həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda və ya şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati xətalar qanunvericiliyi həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında qərarın icrasının təxirə salınması və ya ona möhlət verilməsi barədə qərardadın qəbul edilməsinin mümkünlüyünü müəyyən etməklə, inzibati cərimənin müəyyən olunmuş müddətdə ödənilməsinin təmin edilməsi üçün müxtəlif hüquqi imkanlar nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 143-cü maddəsi). X4 Məcəlləsinin 150.7-ci maddəsinə müvafiq olaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “İcra haqqında” Qanun) nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq isə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun bilavasitə vəzifəsidir. Həmin Qanunun 11-ci maddəsinə müvafiq olaraq isə icra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunla müəyyən olunmuş icra müddətlərinin əhəmiyyəti nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Qeyd olunduğu kimi, inzibati cərimə növündə tənbeh tətbiq etmə barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin məcburi icraya yönəldilmiş qərarı müvafiq olaraq 2 ay və ya 15 gün müddətində icra edilmədikdə, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolu tərtib edir. İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə, yəni məcburi icra üçün müəyyən edilmiş müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Göründüyü kimi müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədiyindən və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən başlanılmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-643/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-643/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver