Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-644/2023 27.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-2166/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 27 fevral 2014-cü il təvəllüdlü X3 və 02 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün 240 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməli və və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti 1 (bir) il müəyyən edilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-2166/2022 saylı icra sənədinə əsasən Şəxs 2440 manat məbləğində borcu var. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 14 dekabr 2022-ci il tarixli, 2(050)-2166/2022 saylı icra sənədindən məlumatlıdır. Maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Lakin hazırda tələbkarla alimentin ödənilməsi ilə bağlı razılığa gəlmiş, sonuncunun ondan şikayəti yoxdur. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhəkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs 14 dekabr 2022-ci il tarixli, 2(050)-2166/2022 saylı icra sənədi aliment borcundan indiyədək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə 2440 manat aliment borcu vardır. Hazırda aliment borcu ilə bağlı Şəxs ilə razılığa gəlmilşlər, yaranmış aliment borcu ilə bağlı inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(050)-2166/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 27 fevral 2014-cü il təvəllüdlü X3 və 02 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün 240 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməli və və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti 1 (bir) il müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Talıbov X7 Rayon Məhkəməsinin 2(050)-2166/2022 saylı, 14 dekabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar öhdəliyi üzrə yaranmış borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. X2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, Şəxs ilə alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmədə öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-644/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-644/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver