Məhkəmə qərarları › İş №3(050)-65/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-65/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-65/2025 22.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1996-cı ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə ov qaydalarını kobud şəkildə (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi görə) pozmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ov həvəskarıdır. Onun özünə məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, MR markalı, üzərində ********** nömrəli ov tüfəngi vardır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15 radələrində dostu X2 ilə birlikdə tüfənglərini götürüb ov etmək üçün Raminin idarə etdiyi niva markalı, avtomaşınla Masallı rayonu, Sərçuvar kəndinin çöl ərazisinə gəlmişlər. O, öz tüfəngi ilə həmin kənddə 1 ədəd çöl dovşanı ovlayıb, Raminin idarə etdiyi “niva” markalı, avtomaşına əyləşmək istəyəndə ora polis əməkdaşları gəlib özlərini təqdim edərək, onları Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində barələrində sənədləşdirmə işləri aparılmışdır. Törətdiyi əməli etiraf edir, əvvəllər də bir neçə dəfə lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov qaydalarını pozmuş, əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi, Şəxs və X1 əməlində Azərbaycan Respublikası İXM-nin 590.1 -ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması, materialda olan 16 kalibirli, İJ-58 markalı, A-4863 qoşa lüləli ov tüfəngi və 12 kalibirli, MR markalı, üzərində ********** nömrəli ov tüfəngi Masallı RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş № 41/21 saylı şəhadətnamədən görünür ki, ********** saylı, 12 kalibirli, MR-155” markalı ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, işə əlavə edilmiş digər sənədlərlə, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 272.3-cü maddəsində nəzərdə tutulmuş ov qaydalarının kobud şəkildə pozması tam təsdiq olunduğundan o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş izahatdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olan 12 kalibirli, MR markalı mülki ov silahı ilə xüsusi icazə sənədi olmadan Sərçuvar kənd ərazisində 01 (bir) ədəd çöl dovşanı ovlamaqla ov qaydalarını pozması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində 2 nəfər azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində ondan götürülmüş ov silahı müsadirə edilməməklə, cərimə edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ondan götürülmüş 12 kalibirli, MR markalı, üzərində ********** nömrəli ov tüfəngi müsadirə edilməməklə, 1000 (bir min manat) məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis şöbəsinə və Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar