Məhkəmə qərarları › İş №3(050)-656/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-656/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-656/2024 02.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X18 və X11 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 3000 manat inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 həmin qərardan şikayət edərək, qeyd olunan qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan verilmiş şikayət ərizəsində qeyd olunmuşdur ki, o, Azərsu ASC-in 3 saylı X24 İdarəsinin Masallı Su X14 təşkili və idarə edilməsinə nəzarət qrupunda muhəndisqrup rəhbəri vəzifəsində işləyir. xx.xx.2023-cü ildə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində qərar qəbul edib ki, guya o, İXM-in 541-ci maddəsinin tələbini pozmuşdur. O, özü həmin idarədə işçi olaraq çalışır və o, heç bir vəzifəli şəxs sayılmır. Bu məsələ işlədiyi idarə tərəfindən həll olunmalı olduğu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsassız olaraq onun barəsində qərar qəbul etmişdir. Heç bir qanunvericilikdə yazılmayıb ki, idarə tərəfindən pozulmuş qaydalara görə işçi məsuliyyət daşıyır. Əgər belə bir hal vardırsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiyə qarşı deyil, "xxxx" ASC-nin 3 № li Regional Sukanal İdarəsinə qarşı tədbir görə bilərdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əsassız olaraq ona qarşı inzibati qaydada qərar qəbul etmiş və həmin qərar məkhəmə qaydasında ləğv edilməlidir. Odur ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3000 manat cərimə olunmağı barədə qərarla Masallı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən telefonuna mart ayının əvvəlində sms məlumat bildirişi gəldikdən sonra tanış olmuşdur. O, bununla bağlı icra məmurun yanına getmiş, icra sənədindən məlumatsız olduğunu bildirmiş, eyni zamanda çirkab sularını təmizləyən qurğunun işlək vəziyyətə gətirilməsi onun səlahiyyətinə aid olmadığını bildirmişdir. İcra məmuru ona qərardan narazı qaldığı təqdirdə şikayət verə biləcəyini bildirmişdir. o da həmin qərarı əldə edərək məhkəməyə şikayət etmişdir. Buna qədər barəsində aparılmış inzibati icraat haqqında ona heç bir bildiriş təqdim olmamış və aparılmış icraatdan xəbərsiz olmuşdur. Bundan başqa onu qeyd edir ki, Masallı rayonu, Musaküçə yaxınlığında yerləşən çirkab suları təmizləyən qurğunun işlək vəziyyətə gətirilməsi onun səlahiyyətinə aid deyil. Hesab edir ki, qəbul edilmiş qərar əsassızdır. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndəsi X17 izahatında göstərdi ki, Azərsu ASCin 3 saylı X24 İdarəsinin Masallı Su X19 rayon Musaküçə kənd yaxınlığında çirkab su təmizləyici qurğusu yerləşir. Həmin qurğudan çirkab suları Viləş çayına axdığına görə çoxsaylı şikayətlər daxil olmuşdur. Şikayətlər nəzərə alınaraq həmin yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, çoxlu sayda çirkab suları Viləş çayına axıdılır. Azərsu ASC-in 3 saylı X24 İdarəsinə məcburi göstəriş verilmişdir ki, çirkab sularını təmizləyən qurğusunun təmir olunaraq işlək vəziyyətə gətirilməsi təmin olunsun. Buna görə 20 gün icra müddəti qoyulmuşdur. Müddət bitdikdən sonra Xəzər kompleks su monitorinq idarəsinin əməkdaşları tərəfindən həmin yerdən analiz götürülmüş və müəyyən olunmuşdur ki, həmin axıdılan çirkab suda zərərli maddələr normadan dəfələrlə çoxdur. Bundan başqa Masallı Rayon İcra Başçısı tərəfindən baş nazir cənab Ş. Mustafayevə çirkab sularla bağılı məktub ünvanlanmış, həmin məktubda da göstərilmişdir ki, həmin çirkab suları camaat üçün çox təhlükəlidir. Ümumi olaraq, bunların hamısı nəzərə alınmış, bundan başqa İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş maddənin sanksiyasında vəzifəli şəxs kimi X7 cərimə olunmuşdur. X3 tərtib olunan vaxtı rəis vəzifəsini icra etdiyi üçün onun barəsində cərimə tətbiq edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Musaküçə kəndi yaxınlığınlığında çirkab suları təmizlənərək axıdılan suya baxış keçirilən zaman Masallı Rayon Su kanalı sahəsinin əməkdaşı kimi X5 iştirak etmiş ona görə də cərimə onun barəsində tətbiq edilmişdir. Halbuki şəxs qeyd edir ki, cərimə su kanal İdarəsinin rəisi barəsində tətbiq olunmalı idi. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X18 izahatında baxılan iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Ç-MG/4023-041 saylı “Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi qanunvericiliyin pozulması hallarının aradan qaldırılması” üçün "xxxx" ASC-nin 3 nömrəli X24 İdarəsinə ünvanlanmış məcburi göstərişdən görünür ki, Azərsu ASC-nin 3 nömrəli X24 İdarəsinin Masallı su kanal sahəsinin Musaküçə kəndində yerləşən çirkab suları təmizləyən qurğudan Viləş çayına çirkab suların axıdılmasının dayandırılması, "xxxx" ASC-nin 3 nömrəli X24 İdarəsinin Masallı su kanal sahəsinin Musaküçə kəndində yerləşən çirkab sularını təmizləyən qurğunun təmir olunaraq, işlək vəziyyətinə gətirilməsinin təmin edilməsi və icra müddətinin 20 gün olması tapşırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 3 saylı X24 İdarəsinin su X14 təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis rəhbərinin vəzifə təlimatından görünür ki, "xxxx" ASC-nin 3 saylı X24 İdarəsinin su X14 təşkili və idarə edilməsinə nəzarət qrupun mühəndis-qrup rəhbərinin vəzifə təlimatında çirkab suların axıdılmasının dayandırılması və çirkab sularını təmizləyən qurğunun təmir olunaraq, işlək vəziyyətə gətirilməsi ilə bağlı əsas vəzifə funksiyası yoxdur. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarında göstərilmişdir ki, Masallı rayonu Musaküçə kənd ərazisində Masallı Su kanal sahəsinin su təmizləyici qurğunun fəaliyyəti barədə verilmiş xx.xx.2023-cü il tarixli Ç-MG/4023-041 saylı məcburi göstərişin tələblərini yetirmədiyi üçün X7 1 saylı RETSİ-nin rəisi əvəzi X16 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 541ci maddəsinə əsasən 3000 manat inzibati cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli 79659 saylı aktda göstərilmişdir ki, idarənin 15 may 2023-cü il tarixli 00094 saylı sərəncam əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Masallı rayonu, Musaküçə kəndi ərazisindən keçən Viləş çayına çirkab suların axıdılması ilə əlaqədar nümayiş olunmuş videogörüntü "xxxx" ASC-nin 3 nömrəli X24 idarəsinin Masallı su kanal sahəsinin mühəndisi qrup rəhbəri X4 iştirak ilə yerində araşdırılma aparılmışdır. Araşdırma zamanı videogörüntüdə nümayiş olunan "xxxx" ASC-nin 3 nömrəli X24 sahəsinin Musaküçə kəndində yerləşən çirkab təmizləyən qurğudan çirkab sularının təmizlənməyərək, birbaşa Viləş çayına axıdılması müəyyən olunmuşdur. Azərsu ASC-nin 3 nömrəli X24 idarəsinin Masallı su kanal sahəsinin mühəndisi qrup rəhbəri X7 təmizləyən qurğunun yaxın günlərdə istifadəyə veriləcəyini bildirmişdir. Azərsu ASC-nin 3 nömrəli X24 idarəsinin Masallı su kanal sahəsinin Musaküçə kəndində yerləşən çirkab suları təmizləyən qurğunun fəaliyyətinin bərpa olunması üçün müvafiq qurumlara tapşırıq verilməsindən ötrü Masallı Rayon İHB tərəfindən Azərbaycan Respublikası baş nazirinə müraciət ünvanlanmışdır. Aşkar olunmuş nöqsanların aradan qaldırılmasından ötrü "xxxx" ASC-nin 3 nömrəli X24 idarəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmiş və xx.xx.2023-cü il tarixli 79659 nömrəli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2023cü il tarixli, 80724 saylı aktda göstərilmişdir ki, Azərsu ASC-nin 3 saylı Regional Sukanal İdarəsinin Masallı sukanal sahəsinin Masallı rayonu Musaküçə kəndi yaxınlığında yerləşən çirkab su təmizləyici qurğunun fəaliyyəti barəsində verilmiş xx.xx.2023-cü il tarixli, Ç- MG/4023-041 saylı icrası məcburi olan müddətli məcburi göstərişin icra vəziyyəti "xxxx" ASC-nin 3 saylı Regionsl sukanal idarəsinin Masallı su kanal sahəsinin muhəndis qrup rəhbəri X4 iştirakı ilə araşdırıldı. Araşdırma zamanı "xxxx" ASC-nin 3 nömrəli X24 sahəsinin Masallı rayon Musaküçə kəndi yaxınlığında yerləşən çirkab sularının birbaşa təmizləmədən Masallı rayonu Musaküçə kəndi yaxınlığından keçən Viləş çayına axıdıldığı məlum olmuşdur. "xxxx" ASC-nin 3 nömrəli X24 idarəsinin Masallı sahəsinin muhəndis qrup rəhbəri Gülbala Xankişiyev su təmizliyi qurğusunun elektron qaydada işlədildiyini və yaranmış nasazlıqlar səbəbindən hal-hazırda işləmədiyini bildirmişdir. Bununla da "xxxx" ASC-nin su kanal idarəsi tərəfindən Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Ətraf muhitin muhafizəsi haqqında qanun 71.3-cü maddəsinin tələbi pozularaq, ətraf mühitin muhafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş xx.xx.2023-cü il tarixli, Ç-MG/4023-041 saylı icrası məcburi olan müddətli Məcburi göstərişin tələblərini yerinə yetirməmiş və İnzibati Xətalar Məcəlləsinin 541-ci maddələrində nəzərdə tutulmuş inzibatin xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xətalat Məcələsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcələnin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcələnin 57.3-ci maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcələnin 57.4-cü maddəsinə əsasən Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə işin hallarına əsasən qeyd edir ki, qərardan şikayət vermiş şəxs X7 o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, çirkab suların axıdılmasının dayandırılması və çirkab sularını təmizləyən qurğunun təmir olunaraq, işlək vəziyyətə gətirilməsi bilavasitə onun fəaliyyətinin nəticəsində olsun və ya onun göstərişi ilə icra edilmiş olsun. İş materiallarında olan X4 vəzifə təlimatında "xxxx" MMC-nin 3 saylı X24 İdarəsinin su X14 təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndis-qrup rəhbəri kimi vəzifə təlimatında çirkab suların axıdılmasının dayandırılması və çirkab sularını təmizləyən qurğunun təmir olunaraq, işlək vəziyyətə gətirilməsi ilə bağlı əsas vəzifə funksiyası yoxdur. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məcburi göstəriş X6 göndərilməmiş “Azərsu ASC-nin 3 nömrəli Regionla su kanal idarəsinə ünvanlanmışdır. Həmin göndərişin ümumiyyətlə “Azərsu ASC-nin 3 nömrəli Regionla su kanal idarəsinə çatdırılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa sorğu əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim olunmuş materiallardan X4 təqsirinin olması barədə heç bir mötəbər sübut yoxdur. Məhkəmə həmçinin vurğulayır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 nömrəli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 saylı X24 İdarəsinə ünvanlanmış olsa da həmin inzibati xəta haqqında qərarın surətini Gülbala Xankişiyevin rəsmi alması barədə təsdiqedici sənəd yoxdur, ona görə də onun şikayəti müddət ötürülmədən verilmiş hesab olunmalıdır. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və sair hallarda. 53.2. hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Eyni Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır Bundan başqa inzibati orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinin tələbləri baxımından şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarlmalı olduğu halda, bu tələbə riayət olunmamışdır. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4.inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5.tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2.inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin vəzifəli şəxs X7 barədə gəldiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən və İXM-in 130, 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 barəsində qəbul edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar rəsmi verildiyi tarixdən 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar