Məhkəmə qərarları › İş №3(050)-659/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-659/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-659/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə. xx xxxxxxx 1964-cü ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Qarabağ küçəsi, bina 37, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 27 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mopedə maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildiridi ki, o, ürək xəstəsidir və əməliyat olmuşdur. Zərərçəkmiş şəxs məxsus olan moped vardır. Həmin mopedin səsi yüksək olduğundan ona bildirmişdir. Həmçinin, xahiş etmişdir ki, düzəltdirsin və səsin çox olmasını aradan qaldırsın. Lakin, Zərərçəkmiş şəxs onun bu sözlərinə məhəl qoymamışdır. Bir gün mopedini onun üstünə sürməyə cəht edərkən yanından keçərkən yüngül formada itələmiş və moped aşmışdır. Lakin o bilərəkdən hər hansı zərər vurmamışdır. Moped köhnə olmaqla 70 manat dəyərində hər hansı zərərin dəyməsi qeyri mümkündür. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, o, çatdırılma ilə məşğul olur. Həmin gün çatdırılma edərkən Şəxs ona yaxınlaşaraq məhlədən çıxmasını tələb etmişdir. Onun həmin məhəllədə tanışları olduğu üçün onlarla söhbətləşən zaman Şəxs onun mopedinə əlində daşla yaxınlaşmış və mopedinə zərər vurmuşdur. Hazırda ona dəymiş olan ziyanın ödənilməsini xahiş edir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi Əli Axundzadə tərəfindən tərtib olunmuş 12 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 27 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus mopedə maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş Masallı RPŞ-in TB-nin baş təhqiqatçısı, polis kapitanl Xalid Qurbanov tərəfindən tərtib edilmiş 08 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Materialın təsviri hissəsində göstərlənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi, Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduqları halda Prokurora, yuxarı Prokurora və Məhkəməyə şikayət etmək hüquqlarının olması onlara izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Həmçinin, qərarın təsviri hissəsində qeyd edilmişdir ki, araşdırma zamanı toplanmış materialdan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri, Qarabağ küçəsi, bina 37, mənzil 2-də yaşayan Şəxs qəsdən Masallı rayonu Z.Əliyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus TUFAN-M50 markalı mopedini daşla qəsdən vuraraq ön işığını sındırmış və Zərərçəkmiş şəxs 70 manat maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus TUFAN-M50 markalı mopedə dəymiş zərər cəmi 70 manat müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 12 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 08 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həcmində cərimə tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərar verdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın bir misli həcmində, yəni 70 (yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar