Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-660/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Masallı şəhəri, M.Füzuli küçəsi, ev 36-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mirzə Məhəmmədxan küçəsi, ev 84-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-269/2022 saylı, 14 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 766 manat əsas borc, 50 manat cərimə, cəmi 816 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 249.40 manat əsas borc, 37.40 manat cərimə, cəmi 286.80 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 39.40 manat əsas borc, 5.90 manat cərimə, cəmi 45.30 manat olmaqla, ümumilikdə üç müqavilə üzrə 1148.10 manat borc və 32.20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 30 mart 2023-cü il tarixli, 5556 reyestr nömrəli icra qeydinə əsasən Şəxs 150672 nömrəli müqaviləyə əsasən 807 manat 00 qəpik (səkkiz yüz yeddi manat sıfır qəpik) əsas, 81 manat 00 qəpik (səksən bir manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 913 manat 00 qəpik (doqquz yüz on üç manat sıfır qəpik) pul "xxxx" MMC-nin xeyrinə tutulması, Masallı Rayon Məhkəməsinin 2(050)-2659/2021 saylı, 26 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12 avqust 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 883,8 manat əsas, 244,8 manat cərimə, cəmi 1128,6 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-2365/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2564 manat əsas borc, 257 manat cərimə və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2841 manat məbləğində pul vəsaiti tutularaq kreditor "xxxx" MMCnin xeyrinə ödənilməsi, Masallı Rayon Məhkəməsinin e-2(050)-1859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci il tarixli, 22461336 saylı müqaviləyə əsasən “ASUS 15 KOMPUTER üçün 1699 ödənilməmiş hissə, 16,9 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22461593 saylı müqaviləyə əsasən İMEİ Kodu **********84636 “NOKİA 5310” markalı telefon üçün 29 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 1746,9 manat borc və 38,99 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-269/2022 saylı, 14 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 766 manat əsas borc, 50 manat cərimə, cəmi 816 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 249.40 manat əsas borc, 37.40 manat cərimə, cəmi 286.80 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 39.40 manat əsas borc, 5.90 manat cərimə, cəmi 45.30 manat olmaqla, ümumilikdə üç müqavilə üzrə 1148.10 manat borc və 32.20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 30 mart 2023-cü il tarixli, 5556 reyestr nömrəli icra qeydinə əsasən Şəxs 150672 nömrəli müqaviləyə əsasən 807 manat 00 qəpik (səkkiz yüz yeddi manat sıfır qəpik) əsas, 81 manat 00 qəpik (səksən bir manat sıfır qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 913 manat 00 qəpik (doqquz yüz on üç manat sıfır qəpik) pul "xxxx" MMC-nin xeyrinə tutulması, Masallı Rayon Məhkəməsinin 2(050)-2659/2021 saylı, 26 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 12 avqust 2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 883,8 manat əsas, 244,8 manat cərimə, cəmi 1128,6 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-2365/2021 saylı, 06 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2564 manat əsas borc, 257 manat cərimə və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2841 manat məbləğində pul vəsaiti tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi, Masallı Rayon Məhkəməsinin e-2(050)-1859/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2021-ci iltarixli, 22461336 saylı müqaviləyə əsasən “ASUS 15 KOMPUTER üçün 1699 ödənilməmiş hissə, 16,9 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22461593 saylı müqaviləyə əsasən İMEİ Kodu **********84636 “NOKİA 5310” markalı telefon üçün 29 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 1746,9 manat borc və 38,99 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmiş, borclunun əmlakının olmadığı və hər hansı bir məvacib (maaş və ya pensiya) almadığı müəyyən edilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu mövcud icra sənədləri ilə bağlı müvafiq qaydada "xxxx" MMC-yə və "xxxx" MMC-yə ödənişlər etmiş və borclunun hazırda "xxxx" MMC-yə 360 manat və "xxxx" MMC-yə isə 340 manat borcu qalmışdır. Hazırda isə borclunun ümumilikdə 4535 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədləri üzrə ondan "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin xeyrinə müvafiq qaydada pul tutulması qət edilmişdir. O, həmin icra sənədləri ilə bağlı "xxxx" MMC-yə və "xxxx" MMC-yə hər ay müəyyən məbləğdə ödənişlər etmişdir. Bu gündə hər iki telekoma ayrı-ayrılıqda 50 manat ödəniş etmişdir. Lakin iş olmadığından işləyə bilməmiş və yaranmış borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırda iş tapmışdır və işləyərək gələn aydan borcunu müntəzəm şəkildə ödəyəcəkdir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-660/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-660/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver