Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-662/2025 13.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2000-ci il tarixdə Masallı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra sənədinə əsasən 21 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 30 iyun 2023-cü il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Cavabdeh Şəxs 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq X3 ödənilməlidir. İcra sənədi 26 aprel 2024-cü il tarixdə icraata daxil olmuş, borclu Masallı rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, ona ünvanlamış bildirişi imzası ilə qəbul edərək icra sənədindən xəbərdar olmuşdur. 01 may 2024-cü il tarixdə alınmış izahatında borclu yığılmış borcdan ödəniş edə bilmədiyini, lakin cəmi 300 manat məbləğində alimenti hər ay ödəyəcəyi barədə məlumat vermiş, icra məmuru borclu ödəniş etmədiyi halda, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar etmişdir. Borclunun ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırmışdır. Borclu Şəxs məxsus heç bir qiymətli kağız, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun icra sənədi üzrə cəmi 3020 manat məbləğində aliment borcu yaranmışdır. Bu gün borclu izahatında 3020 manat məbləğində yığılmış borcu olduğunu bildiyini, icra sənədi üzrə cəmi 600 manat məbləğində ödəniş etdiyini və 20 mart 2025-ci il tarixədək 300 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, fəhləliklə məşğul olaraq ayda 500-600 manat gəlir əldə edir, lakin maddi cəhətdən kifayət qədər imkanı olmadığından alimenti ödəyə bilmir. Hal-hazırda da, aliment ödəyə bilməz. Məhkəmədən ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 21 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 30 iyun 2023-cü il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Cavabdeh Şəxs 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq X3 ödənilməlidir ödənilmədir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 aprel 2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqindən görünür ki, Masallı Rayon Məhkəməsinin 8(050)-178/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən müvəqqəti getmək hüququ məhdudlaşdırılmışdır. - Masallı rayon İcra və Probasiya şöbəsinin 19 iyul 2024-cü il tarixli məlumat vərəqəsindən görünür ki, Şəxs ölkədən müvəqqəti getmək hüququ 19 iyul 2024-cü il tarixdə məhdudlaşdırılmışdır. - Şəxs 01 may 2024-cü il tarixli izahatından görünür ki, 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, lakin hər ay aliment üzrə 300 manat ödəniş edə bilər, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs 13 mart 2025-ci il tarixli izahatından görünür ki, 2(060)-558/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli icra sənədi barədə xəbəri vardır, icra sənədi üzrə borcu ödəməyə heç bir maddi imkanı yoxdur, yığılmış 3020 manat məbləğində borcdan xəbəri var, lakin borcdan 20 mart 2025-ci il tarixdə cəmi 300 manat məbləğində ödəniş edə bilər, barəsində əvvəl inzibati, sonradan cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, fərdi əməklə məşğul olaraq gəlir əldə etməsinə baxmayaraq tələbkara olan aliment borcundan ödəniş aparmamasını və hazırda ödəniş etmək niyyətində olmadığını, icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 13 mart 2025-ci il tarixdən, saat 14:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 13 mart 2025-ci il tarixdən, saat 14:20-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-662/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-662/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver