Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-667/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Masallı rayonu, Sərçuvar kəndində do]ulmu, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 4 nəfər azyaşlı uşağı olan, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Sərçuvar kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu Səçuvar kəndində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında göstərdi ki, Masallı rayonu, Sərçuvar kəndində yaşayan Zərərçəkmiş şəxs Məmmədov Bələddin adlı şəxsin onun üzərinə bıçaqla hücum etməsi, onu döyməsi barədə xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə verdiyi məlumat icraata daxil olmuş, eyni zamanda Zərərçəkmiş şəxs həmin tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Masallı rayonu, Sərçuvar kəndi ərazisində X3 məxsus olan fermada həmkəndlisi Şəxs tərəfindən döyüldüyünü göstərmişdir. Beləliklə, aparılmış araşdrmsa zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Masallı rayonu, Sərçuvar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Sərçuvar kəndi ərazisində yerləşən mərhum atası X6 məxsus olan fermada həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yarnmış mübahisə zamanı Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək, qəsdən onun aşağı dodağının iç hissəsinə qansızma və sol bud nahiyəsinin qançır məticlənən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetimişdir. Faktla bağlı araşdırma aparılmış, araşdırma zamanı X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin iTB-yə göndərilmişdir. Bundan başqa, Masallı rayonu Sərçuvar kənd sakini X7 ərizə ilə Masallı Rayon Polis şöbəsinə müracxiət edərək, oğlu Şəxs yaşadığı evdə tez-tez mübahisələr yaratdığını, ünvansız söyüşlər söyərək, onu narahat etməsi barədə şikayət etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 157-ci maddədləri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onu söymüşdür. Bu səbəbdən ona bir sillə vurmuşdur. Mülk ilə bağlı ailə üzvləri arasında mübahisə var. Bu səbəbdən də anası X7 da onun barəsində əsassız yerə ərizə ilə Masallı RPŞ-yə şikayət etmişdir. Halbuki, heç kimi, o cümlədən anasını söyüb təhqir etməmişdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Masallı rayonu, Sərçuvar kənd sakini X3 məxsus olan Sərçuvar kəndi ərazisində yerləşən ferma vardır. Həmin fermada o, çoban işləyir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində o, Sərçuvar kəndi ərazisində yerləşən çoban işlədiyi fermada olduğu müddətdə həmkəndlisi Şəxs həmin fermaya gələrək, orada yerləşən otaqda çay içdiyi zaman əlindəki ağac parçası ilə qəfildən onun başının arxa hissəsinə bir dəfə vurmuşdur. Bir qədər sonra ona nalayiq söyüşlər söyərək, yumuruğu ilə onun sifət nahiyəsinə 2-3 yumuruq və təpik ilə sol bud nahiyəsinə 1-2 təpik vuraraq onu döymüşdür. Dəfələrlə həmkəndlisi Şəxs onunla mübahisə edərək, onu söyüb təhqir edərək, heç bir şəxsdən qorxmadığını, Milli X2rdaşı olmasını, ona heç bir şəxsin nə isə edə bilməməsini bildirərk, onu söyüb təhqir etmişdir. Aralarında baş vermiş mübahisə 30 dəqiqə davam etmişdir. Aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı orada həmkəndlisi Masallı rayonu, Sərçuvar kənd sakini X9 da olmuşdur. Bundan başqa, Şəxs mütəmadi olaraq ailə üzvlərinə qarşı pis münasibət saxlayır, əsassız yerə anasını və digər ailə üzvlərini söyüb, təhqir edir. Bunun da əsas səbəbi ailə üzvləri arasında olan torpaq və mülk mübahisəsidir. Sonda Zərərçəkmiş şəxs Şəxsla barışmadığını, onun barəsində qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda istinad edilmiş MTE və PAB-nin Masallı rayon şöbəsinin 148 №-li canlı şəxsin məhəkəmətibbi müayinəsi barədə ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs aşağı dodağın iç hissəsinə qansızma və sol bud nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumuruqla və ağac parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. X7 tərəfindən Masallı Rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, oğlu Şəxs yaşadığı evdə tez-tez mübahisə yaradır, ünvansız nalayiq söyüşlər söyərək, onu narahat edir. Şikayət edən şəxs Baləddin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan Şəxs əlllik dərəcəsinin yoxlanılması barədə VMAS-dan daxil olmuş xx.xx.2023-cü il tarixli yoxlama nəticəsindən görünür ki, o, İİ dərəcli əlildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş şəxin, zərərçəkmiş şəxsin, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı övladlarının olmasını inzibati xətaya görə məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində azyaşlı övladlarının olmasını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X4 Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-667/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-667/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver