Məhkəmə qərarları › İş №3(050)-668/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-668/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-668/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Masallı rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı şəhəri, Puşkin küçəsi, ev 58-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə X4 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində olan X4 protokola görə 03 may 2023-cü il tarixdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X4 Protokola görə Şəxs eyni tarixdə Masallı RPŞ-nin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilmişdir. Məhkəmə iclasında barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, dünən yəni 3 may 2023-cü il tarixdə saat 17 radələrində Masallı şəhəri Qarabağ küçəsində avtomobilini yolun kənarında saxlamışdır. Bu zaman avtomobilin arxasında yol polis xidmətinin avtomaşını saxlayaraq avtomobilin işıqlarını yandırıb söndürərək ona siqnal vermişlər. Həmin vaxt polis əməkdaşları avtomobildən düşməmişlər. O, polis əməkdaşlarının avtomobildən düşmədiyini görüb özü onlara yaxınlaşmışdır. Həmin vaxt polis maşınında polis əməkdaşları Qurbanov Anar və Ruslan olmuşdur. Həmin vaxt polis əməkdaşı Ruslan ona “bu nə vid-fasondu, avtomobilin arxasına yenə nə yükləmisən” demişdir. O, Ruslana dediklərini başa düşmədiyini demişdir. Ruslan isə ona “otur maşına gedək şöbəyə” demişdir. O, isə cavabında hansı səbəbə şöbəyə getməsini soruşmuşdur. Ruslan cavabında rəisin göstərişi olduğunu bildirmişdir. O da cavabında rəisin göstərişinə əsasən avtomaşının duracağa yerləşdirilmədiyini bildirmiş və şöbəyə getməsinin əsas səbəbinin nə olduğunu soruşmuşdur. Həmin vaxt polis əməkdaşı ona avtomobilinin arxa yaylarında konstruksiya çatışmamazlığı olduğunu bildirmişdir. Oda cavabında avtomaşının arxa yaylarında problemlə bağlı bir həftə öncə şöbəyə aparıldığını, əlavə konstruksiya dəyişikliyinin tapılmadığı, sadəcə arxa yaylarının istismara yararsız olduğu üçün 45 manat məbləğində cərimələndiyini və avtomaşının duracaqdan buraxıldığını bildirmişdir. Lakin polis əməkdaşları məsələnin onlara aid olmadığını rəisin göstərişinə əsasən avtomaşının mütləq duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Oda polis əməkdaşlarına etiraz etməyərək ilk öncə atasına zəng vurub məlumat verdikdən sonra onlarla birlikdə polis şöbəsinə gedə biləcəyini bildirmişdir. O, və polis əməkdaşı Ruslan onun idarə etdiyi maşına əyləşmişlər, birqədər hərəkət etdikdən sonra Ruslan əl əyləcini cəkərək maşını yolun ortasında saxlamışdır. Bu zaman o, maşından düşərək atasına zəng vurmuşdur. Həmin vaxt polis əməkdaşı Ruslan onun maşının sükanı arxasına keçmiş və avtomaşını hərəkətə gətirməyə başlamışdır. O, bunu görüb avtomaşının yanına qayıdaraq maşının qapısını açıb polis əməkdaşı Ruslana maşından düşməsini avtomaşını özü idarə edərək polis şöbəsinə gedəcəyini bildirmişdir. Bu zaman polis əməkdaşı Anar Qurbanov arxadan ona yaxınlaşaraq qolundan dartaraq onu sürüyə-sürüyə polis maşınına mindirmişdir. Həmin vaxt o, polis əməkdaşının əlindən çıxmaq istəmiş, lakin orda olan sıravi bir vətəndaş yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirərək polis əməkdaşlarına kömək edərək onu zorla polis maşınına salmışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Polis maşınında olduğu zaman polis əməkdaşları ona hədə-qorxu gələrək onun maşınına narkotik vasitə qoyacaqlarını, onun başına oyun açacaqlarını bildirmişlər. Onu şöbəyə apardıqdan sonra narkotik vasitə istifadə edib etmədiyini müəyyənləşdirmək üçün sidiyindən analiz götürmüşlər. Lakin aparılmış analizin nəticələri neqativ olmuş, yəni onun narkotik vasitə istifadə etməsi öz təsdiqini tapmamışdır. O, hadisə zamanı heç bir ictimai qaydanı pozmamış, heç bir nəlayiq söyüş söyməmişdir. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin DYPB-nin inspektoru polis baş serjantı X1 ilə birlikdə Masallı şəhəri Qarabağ küçəsi ərazisində xidmətdə olarkən **-CU-*** d.q.n. VAZ 21074 markalı avtomobili idarə edən Şəxs onlar tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim edib, avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirib, avtomobilin Masallı RPŞ-nin müvəqqəti dayanacağa yerləşdiriləcəyini bildirmişlər. Lakin sürücü etdikləri xəbərdarlıqlara baxmayaraq yüksək səslə avtomobilinin duracağa getməyəcəyini bildirmişdir. Bu zaman inspektor ona yaxınlaşıb avtomobilin sağ oturacağında oturmaq istədiyi zaman sürücü qapını kilidləmişdir. İnspektor isə bu vəziyyəti görüb dərhal keçib avtomaşının önündə dayandı ki, avtomaşını qaçırmasın. Oda bunu görüb sürücüyə yaxınlaşmış, avtomobilin qapısını açmasını bildirmiş, sürücü qapını açmadığı üçün o, özü maşının sağ qapısını açmış və inspektor sağ oturacaqda əyləşmişdir. O, sürücüyə avtomobili müvəqqəti düracağa aparmasını bildirmiş, sürücü isə buna məhəl qoymayaraq avtomaşını işə salaraq başqa istiqamətə, yəni yaşadığı evin istiqamətinə sürmüşdür. Təxminən 10 metr getmiş avtomaşını saxladı, bu zaman onu avtomobildə inspektorla mübahisə etdiyini görmüşdür. Daha sonra sürücü avtomaşından düşmüşdür. Həmin vaxt ispektor sükan arxasına keçmişdir. Sürücü isə bir qədər avtomobildən aralanmış sonradan isə avtomobilin yanına qayıtmış, avtomobilin qapısını açaraq inspektorun üzərinə qışqıraraq çiyninə əl atıp “düş maşından rədd ol, sən kimsən mənim maşınımı duracağa aparırsan” demişdir. Bu vəziyyəti görüb dərhal onlara yaxınlaşmışdır. Həmin ərazi insanların sıx olduğu ərazilərdəndir. Sürücünün uca səslə danışdığını, qışqıraraq tabeçilik göstərmədiyini görüb onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, ətrafda olan insanların diqqətini öz üzərinə çəkməyə başlamış və hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Oda sürücünün kəmərindən tutaraq xidməti avtomaşına salmaq istədiyi zaman sürücü müqavimət göstərmiş, hətta maşından düşmək istəmiş, bu zaman onun papağı yerə düşmüş, sürücünün əl-qol atması səbəbindən paqonu sökülmüşdür. Bu zaman həmin vaxt oradan keçən polis əməkdaşı Vüqar dərhal yaxınlaşaraq onlara köməklik göstərmiş və onlar sürücünü maşına salaraq şöbəyə aparmışlar. Polis şöbəsinə getdikləri zaman sürücü yolda maşında olduqları zaman da yuksək səslə ünvansız nəlayiq söyüşlər işlətmiş və atasının Rayon İcra hakimiyyətində işlədiyini bildirmişdir. Onlar həmin şəxsi RPŞ-nə gətirmişlər. Şəxs barəsində inzibati qaydada tədbir görülməsindən ötrü barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Rac Səfərov tərəfindən 03 may 2023-cü il tarixdə MN ******* və ******* saylı X4 protokollar tərtib edilmişdir. İş materiallarında olan 03 may 2023-cü il tarixli 019346 nömrəli protokoldan görünür ki, Şəxs 03 may 2023-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin iş materiallarında və verilmiş ifadələrdə Şəxs tərəfindən polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların hər hansı qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar müəyyən olunsa da, xırda xuliqanlıq halları öz əksini tapmamış və sübut olunmamışdır. Belə ki, tərtib edilmiş raporta görə yol polis əməkdaşları xidmətdə olarkən Şəxs idarə etdiyi avtomobili saxlamışlar və ona avtomobilin Masallı RPŞ-nin duracağına yerləşdiriləcəyi bildirdikləri zaman o, səs-küy yaradaraq ictimai qaydanı pozmuşdur. Polislər ona Masallı RPŞ-nə getməklərini bildirmiş və o, polisə tabesizlik göstərmiş, şöbəyə gəlməkdən yayınmış və onlar onu Polis şöbəsinə gətirmək məcburiyyətində qalmışlar. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən polisin təyinatı və əsas vəzifələri aşağıdakı kimi təsbit edilmişdir. İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; 2) cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; 2-1) yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; 3) şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; 5) törədilmiş cinayətləri açmaq; 6) cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; 7) cinayətkarları aşkara çıxarmaq və tutmaq; 8) səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; 9) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; 10) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; 11) kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; 12) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; 13) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; 14) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; 15) yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; 16) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; 17) yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. İİİ. Polisi bu Qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış etdiyindən Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbаycаn Respublikаsı İXM-nin 3-cü mаddəsinə əsаsən yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X4 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X4 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci mаddəsinə əsаsən bu Məcəllə ilə qorunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd olаn, təqsirli sаyılаn (qəsdən və yа ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb olаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb olunur. Həmin Məcəllənin 6.2-ci mаddəsinə əsаsən inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааtın təmin edilməsi tədbirləri tətbiq edilərkən qаnunvericiliyin tələblərinə əməl olunmаsı yuxаrı orqаnlаrın və vəzifəli şəxslərin idаrə nəzаrəti ilə, məhkəmə və prokuror nəzаrəti ilə və şikаyət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X4 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X4 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Odur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53,105, 114, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş X4 iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar