Məhkəmə qərarları › İş №3(050)-669/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-669/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-669/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakları ilə, xx xxxx 1991-ci ildə Qazaxıstan Respublikası, Cambul Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hüseynov X5 Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(089)- 3xx/xx-2017 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Masallı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 izahatında göstərdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2018ci il tarixli, 2 (089)-3xx/xx-2017 saylı icra sənədinə əsasən Şəxs 32619 (otuz iki min altı yüz on doqquz) manat məbləğində pul vəsaitinin alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 qızına verilməsi qərara alınmışdır. İcra vərəqəsi 24 may 2021-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməyərək məhkəmə qərarının icrasını təmin etməyib, icra sənədi üzrə müəyyən edilmiş borcunu tam ödəməmişdir. Belə ki, borclu Şəxs tələbkara müxtəlif vaxtlarda 1509.90 manat məbləğində ödənişlər etmiş, dəfələrlə borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam olaraq ödəməkdən yayınır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Odur ki, borclu Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2 (089)-3xx/xx-2017 saylı icra sənədinə əsasən ondan 32619 (otuz iki min altı yüz on doqquz) manat məbləğində pul vəsaiti cavabdeh şəxs Şəxs alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X4 qızına verilməsi qərara alınmışdır. İmkanı zəif olduğundan, iki azyaşlı uşağı və xəstə ata, anası olduğundan borcunu vaxtında və tam ödəyə bilməmişdir. Hal-hazıradək tələbkara ümumilikdə 1509 manat 90 qəpik ödəniş etmişdir. O, ümumiyyətlə məhkəmə qərarının icrasından qəsdən boyun qaçırmır, mütəmadi olaraq ödənişlər edir və yaxın zamanda yenidən ödənişlər həyata keçirməklə hissə-hissə borcunu tam olaraq ödəyəcəkdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 04 may 2023-cü il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlindən peşman olması və ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşə əlavə edilmiş 16 aprel 2023-cü il tarixli, 2(089)-3xx/xx-2017 saylı məktubdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə cavabdeh şəxs Şəxs 32619 (otuz iki min altı yüz on doqquz) manat məbləğində pul vəsaitin verilməsinə aid hissədə 1509 manat 90 qəpik alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X3 poçt ünvanına, 6200 manat (altı min iki yüz) manat məbləğində pul vəsaitin verilməsinə aid hissədə 1009 manat 90 qəpik alınb zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X1 poçt ünvanına və 1094 (min doxsan dörd) manat 31 qəpik pul vəsaitin verilməsinə aid hissədə 1009 manat 90 qəpik alınıb mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 poçt ünvanına köçürülmüşdür. Göründüyü kimi borclu göstərilən müddət ərzində borcunu tam ödəməsə də, qeyd olunan məbləğdə pulu ödəməklə borcunu ödəmək niyyətində olduğunu göstərmişdir. Bu səbəbdən də barəsində tənbeh tətbiq olunarkən bu hal nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar