Məhkəmə qərarları › İş №3(050)-67/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-67/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-67/2025 21.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, məhkəmə iclas katibi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsili, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 24 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Səmidxan kəndi ərazisində yerləşən mağazada istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, X1 tərəfindən 24 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhəri “Köhnə bazar” adlanan yerdə tanımadığı şəxsin pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu görmüş, özü də kənddə satmaq məqsədi ilə həmin şəxsdən pirotexniki vasitə almaq qərarına gəlmişdir. Həmin şəxsdən üzərində “KOP CAP 1” sözləri yazılmış 9 qutu pirotexniki vasitə almış, satmaq məqsədi ilə Masallı rayonu, Səmidxan kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki marketə gətirmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları marketə daxil olaraq pirotexniki vasitələri aşkar etmiş, həmin əşyaların satışı ilə məşğul olmasının inzibati xəta olduğunu bildirib, onu Masallı RPŞ-yə dəvət etmişlər. Aşkar edilmiş pirotexniki vasitələr polis əməkdaşları tərəfindən sübut kimi götürülmüşdür. Həmin əşyaların satışının həyata keçirilməsinin inzibati xətaya səbəb olması barədə əvvəlcədən bilməmişdir. Hazırda əməlindən peşmandır. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdilər. 24 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibat xəta haqqında materialda olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Səmidxan kəndi ərazisində yerləşən mağazada istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələrin satışı ilə məşğul olması müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, maddi sübutlar, o cümlədən onun etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 442-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati xətanı törətməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş üzərində “KOP CAP 1” sözləri yazılmış 9 qutu pirotexniki vasitə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş üzərində “KOP CAP 1” sözləri yazılmış 9 qutu pirotexniki vasitə müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı rayon İcra və Probasiya şöbəsinə və Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar