Məhkəmə qərarları › İş №3(050)-670/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-670/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-670/2023 04.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Reyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3, Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil Tarıverdi oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ələt-Astara yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin YPXA-in 726 saylı stasionar postunda xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən hissəsində BDYPİnin YPXA-in 726 saylı stasionar postunda YPX-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində atası Şəxs idarə etdiyi avtomobil BDYPİ-in YPXA-in Masallı rayonu, Sərçuvar kənd ərazisində yerləşən 726 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılan zaman uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində atası Şəxs idarə etdiyi avtomobillə Ələt-Astara yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin YPXAin 726 saylı stasionar postunda YPX əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-in əməkdaşları mərkəzi informasiya sistemində olan məlumata əsasən atası Tale Abbasovun sürücülük hüququnun məhdudlaşdırıldığını bildirib avtomobilin müvəqqəti duracağa yerləşdirilməsini tələb etmiş, bu zaman atası əsəbiləşdiyindən YPX əməkdaşları ilə mübahisə etmiş, o, da atasını sakitləşdirməyə çalışmış, lakin atası ilk vaxtlar sakitləşməmiş, tərəflər arasında bir müddət mübahisə davam etmişdir. Əsəbləşdiyi üçün ayaqqabını üstünə sürtmüşdür. Sonda Şəxs qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BDYİ-nin YPX Alayının Xİ Tağımının yol patrul xidmətinin inspektoru polis baş serjantı X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ələt-Astara yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən 726 saylı stasionar postunda xidmət zamanı “Opel Astra” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmış, özünü sürücüyə təqdim edərək saxlanılma səbəbi barədə məlumat vermiş və sənədlərini təqdim etməsini tələb etmişdir. Sənədlərə baxış zamanı məlum olmuşdur ki, sürücü 1980-ci il təvəllüdlü Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan X2 BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu barədə sürücüyə məlumat verib avtomobili müvəqqəti duracağa yerləşdirilməsi barədə məlumat vermiş, bu zaman sürürcü Taleh Abbasov və oğlu Şəxs hər ikisi avtomobildən düşərək kobud formada ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışar. Orada yaranmış səs-küyə BDYPİ-nin YPXA-nın 11-ci tağımının baş inspektoru polis kapitanı Yaquvov Ramil və inspektor polis baş serjantı Cavid Həsənov yaxınlaşmışlar. Onlar birlikdə həmin şəxslərə etdikləri əməlin inzibati xəta olduğunu bildirib nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərini davam etdirib ətrafda olan insanların diqqəti öz üzərinə çəkmiş və onların qanuni tələbinə qəsdən tabe olmamışlar. Bundan sonra hər iki şəxs Masallı RPŞ-yə gətirilmiş, məlum olmuşdur ki, həmin şəxslər Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olan X4 və Şəxsh oğludur. Barələrində raportal şöbə rəisinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İsmət Valeh oğlu ilə eyni məzmunlu izahat verərək, həmçinin, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşı az olmasına baxmayaraq, o, polis əməkdaşı tərəfindən vurulma görüntüsü yaratmaq üçün ayaqqabını paltarına sürtmüşdür. Masallı Rayon Prokurorluğunun nümayəndəsinə işə baxılmasının yeri və müddəti barədə məlumat verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixdə seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri, protokolu tərtib etmiş şəxin və şahidlərin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngüləşdirilən hal onun yetkinlik yaşına çatmamasıdır.; inzibati tənbehi ağırlaşdıran hal müəyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abbasov X9 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar