Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-676/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci ildə Yardımlı rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 29 aprel 2023-cü il tarixdə saat 23:21 radələrində “Hyundai Aİ İX35 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izaharında bildiridi ki, qeyd edilən gün dostunun toy məclisi olmuşdur. Toy karvanına qoşulan zaman isə maşının dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş “xoşbəxt olun” yazılı örtükdən istifadə etmişdir. Daha sonra havanın yağışlı olması səbəbindən qeyd edilən örtüyü çıxra bilməmişdir. Hazırda etdiyi əməldən peşmandır və yüngül cəza verilməsini xahiş etdi. İşə əlavə edilmiş Masallı RPŞ-nin YPX-nin inspektoru polis serjantı Əlidadaş Aslanov tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli İXP 53877350 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2023-cü il tarixdə saat 23:21 radələrində “Hyundai Aİ İX35 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, 29 aprel 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Hyundai Aİ İX35 Minik” markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Masallı RPŞ-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibati xəta haqqında protokol, işə əlavə edilmiş fotoşəkil və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən, habelə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və barəsində tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini və şəxsiyyətini, nəzərə alaraq inzibati tənbeh növündə maddənin sanksiyanında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin.
2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov