Məhkəmə qərarları › İş №3(050)-676/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-676/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-676/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iclas katibliyi ilə, Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən ünvan 1 ünvanı olan Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə X7 işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş X7 10 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Masallı rayonu, Musaküçə kəndində yerləşən Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanması təmin edilməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində X7 iş üzrə icraat aparılan Şəxs MMC-yə və X7 protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlmat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə X7 protokolu tərtib etmiş orqanın və barəsində X7 iş üzrə icraat aparılan hüquqin şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsinin baş əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş X7 10 mart 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanı olan Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanması təmin edilməmişdir. X7 işdə olan Masallı rayonu, Musaküçə kəndində hüquqi ünvanı olan Şəxs MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. 10 (on) iş günü müddətində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edib nəticəsi barədə X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar