Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-677/2023 06.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-02 iyun 1992-ci ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və yaşayan; X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 05 aprel 2023-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə mübahisə edərkən onu və Zərərçəkmiş şəxs2 döymüşdür. X8 bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 izahatında göstərmişdir ki, Masallı rayonu Şərəfə kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində yaşayır. 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 ilə ailə qurmuşdur. Təxminən 1 il olar ki, Nəzrin ondan ayrılaraq birgə nikahlarından doğulmuş uşaqlarıda götürüb Masallı rayonu, Musaküçə kəndində yaşayan anası Zərərçəkmiş şəxs2 evinə köçmüşdür. xx.xx.2023-cü il tarixdə uşaqlarının götürmək üçün Musaküçə kəndi ərazisində yerləşən qaynanası Zərərçəkmiş şəxs2 yaşadığı evə getmişdir. Həmin tarixdə arvadı Zərərçəkmiş şəxs1 ilə mübahisə edərəkən arvadı Zərərçəkmiş şəxs1 qohumu Xudaverdi onu vurmuşdur. O, arvadı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 döyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən anasına məxsus olan fərdi yaşayış evində yaşayır. Masallı rayonu Şərəfə kəndində yaşayan X8 ilə 2016-cı il tarixdə ailə qurmuşdur. Aralarında baş vermiş ailədaxili narazılıq səbəbindən öz ata evinə qayıtmışdır. xx.xx.2023cü il tarixdə əri X14 rayonu Musaküçə kəndi ərazisində yerləşən yaşadığı fərdi yaşayış evinə gələrək, onu və anası Zərərçəkmiş şəxs2 döymüş və onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Həmin vaxt qohumu anasının əmisi oğlu Bayramov X1 oradan arlamışdır. Bundan sonra o, Turqudun onu döyməsi ilə bağlı Polisə müraciət etmişdir. Hazırda Turqudla barışmadığını, lakin ona inzibati həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərmişdir ki, Masallı rayonu Musaküçə kəndi ərazisində yerləşən özünə məxsus olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Turqud Əzizov onun qızı Zərərçəkmiş şəxs1 həyat yoldaşıdır. Lakin bir müddət olar ki, ailədaxili narazılıqlar səbəbindən onlar ayrılmış və qızı və azyaşlı uşaqları onunla qalır. xx.xx.2023-cü il tarixdə X8 qızı Zərərçəkmiş şəxs1 öz evlərinə aparmaq üçün evlərinə gəlmişdir. Lakin qızı Zərərçəkmiş şəxs1 əri Turqud Əzizov ilə getmək istəməmişdir. X3 və daha sonra onu döymüşdür. Bu zaman əmisi oğlu Xudaverdi Bayramov onları müdafiə edərək Turqud Əzizovu həyətindən qovmuşdur. Hazırda Turqudla barışmadığını, lakin ona inzibati həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 10 aprel 2023-ci il tarixli 311 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol çiyin, sol bazu, sağ və sol baldır nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təpiklə və ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023cü il uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə onunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 06 aprel 2023-ci il tarixli 299 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol gözaltı, sağ və sol baldır nahiyəsinin sıyrığı və başın alın nahiyəsinin tekle hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə onunmuş 21 aprel 2014-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, X2 və X4 əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, X2 və X4 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTB-nə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, X8 barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 əməli zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 məhkəmə iclasında vermiş olduğu izahatları, inzibati xəta haqqında protokol, 21 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, 06 aprel 2023-ci il tarixli, 299 saylı və 10 aprel 2023-ci il tarixli, 311 saylı ekspert rəylərindən, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə X4 özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, X4 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini, yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, X13 barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-677/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-677/2023
06.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver