Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-678/2024 18.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxxxx 1994-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:00 qardaşı arvadı X5 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan döymə inzibati xəta hərəkətlərini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında idarə etdiyi Chevrolet Nexia markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı şəhəri, Seybətin dairəsindən Masallı rayon Şərəfə kəndində olan evin yerləşdiyi yerə kənd yolu ilə hərəkətdə olarkən istifadəsində olan mobil telefonla anası ilə danışmış, həmin vaxt Malik Məmmədov idarə etdiyi avtomobil ilə i avtomobilinin önünə keçib hərəkətini dayandırmışdır. O, avtomobilini saxladıqdan sonra Malik avtomobilindən enib onun üzərinə getmiş, o da həmin vaxt sağ əlində telefonunu qulağına söykəyib anasıyla telefonla danışmaqda davam etmişdir. Malik yaxınlaşdıqdan sonra o, Malikin özündə olmamasını görmüş, həmin vaxt Malik heç bir səbəb olmadan onunla sözlə mübahisə etməyə başlamış və onun sol əlinin V barmağını tutaraq qəsdən əli ilə burmuşdur. O, barmağında olan ağrıdan özünü itirib avtomaşından yerə enmiş və Malikdən nə üçün belə etməsini soruşduqda Malik də ona onun haqqında kənddə həqiqətə uyğun olmayan sözlər danışıldığını və həmin söhbətləri onun camaat arasında yaydığını demişdir. O, da Malikdən kənd camaatı yanında onun anasının ünvanına nalayiq ifadə işlətməsinin və təhqir etməsinin səbəbini soruşmuş, Malik həmin vaxt ona heç bir cavab verməmiş, təkidlə ondan öz barəsində nə danışdığını soruşduqda o da Malikə kənd "camaatının olan sözləri" danışdığını demişdir. Həmin vaxt Malik onun şərəf və ləyaqətini alçaldaraq anasının və bacısının ünvanına nalayiq söyüşlər söyüb idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. Həmin hadisədən təxminən 2-3 gün sonra Masallı rayon Şərəfə kəndində Malikin evinin yanında hərəkətdə olarkən digər tanışı X3 Malikin evinin həyət qapısını bağlamasını görmüşdür. Həmin vaxt qəfildən avtomobilinin üzərinə 4-5 dəfə daş atılmış və avtomaşını əzilmişdir. O, həmin daşların Malik tərəfindən atıldığını zənn etdiyi üçün mübahisə olmasın deyə hərəkətini dayandırmayıb oradan çıxıb getmişdir. Lakin, idarə etdiyi avtomobil ilə Malik Məmmədovun idarə etdiyi avtomobilə vurub zədə yetirməmiş, Maliki nalayiq ifadələrlə təhqir etməmiş və ona heç bir bədən xəsarəti yetirməmişdir. Malik Məmmədov özünü müdafiə etmək üçün onun barəsində həqiqətə uyğun olmayan müraciət etmişdir. Bundan başqa X6 ümumiyyətlə tanımır və həmin şəxsə də heç bir bədən xəsarəti yetirməmişdir. Malik Məmmədov və Yusif Əliyev ona şər ataraq barəsində əsassız şikayətlər etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamış və sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Malik Məmmədovu bir ilə yaxındır tanıyır. O, fərdi yaşayış evlərinin təmiri fəaliyyətilə məşğul olur. xx.xx.2023cü il tarixdə o, Malikə məxsus evi təmir etmiş və axşam saat 22 radələrində Maliklə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə kənd ərazisində olan marketə siqaret almaq məqsədi ilə getmişdir. Həmin vaxt adını sonradan bildiyi Şəxs adlı şəxsin tanımadığı bir nəfər şəxslə öz avtomobilində əyləşdiyini görmüş, Malik avtomobili saxlayaraq marketə getmək istədikdə, Tamerlan heç bir səbəb olmadan Malikin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Tamerlanla Malik arasında sözlə mübahisə yaranmış, sonra Tamerlan avtomobilindən düşərək, Malikin üzərinə getmiş və Malikin yaxasından tutaraq yumruqla Malikin bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmişdir. Daha sonra o, Maliklə Tamerlanın arasına girərək, Maliki idarə etdiyi avtomobilə tərəf aparmış və Maliki avtomobilə əyləşdirmək istəmişdir. Həmin vaxt Tamerlan idarə etdiyi “Chevrolet Nexia” markalı **-AE-*** d.q.n-lı avtomobilinə əyləşərək Malikin avtomobilinə tərəf sürmüş, o, bunu gördükdən qışqıraraq Malikə çəkilməsini demişdir. Tamerlan idarə etdiyi “Chevrolet” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb ön hissəsilə əvvəlcə Malikin avtomobilimin sağ arxa qanadına, sonra sağ arxa sərnişin qapısına və sonra sağ ön sərnişin qapısına vurmuş, Malik həmin vaxt zərbənin təsirindən yıxılıb maşının altına hissəsinə girmiş, o, isə sağ əlinin İ barmağından xəsarət almışdır. Sonra Tamerlan oradan uzaqlaşıb getmişdir. Hazırda Tamerlanla barışmamışdır, ona inzibati həbs cəzası verilməsini xahiş edir. 06 fevral 2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in İTBnə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 16 avqust 2023-cü il tarixli 792 saylı ekspert rəyindən görünür ki, X1 əlin İ barmağının əsas falanqa nahiyəsinin arxa hissəsində aşkar olunan sahə sıyrığın sağaldıqcan sonrakı izi olub bərk əşyanın təsirindən törənmişdir, hərəkətdə olar avtomobilin qabarıq hissəsinir təsirindən əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 15-20 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş X2 məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, 06 fevral 2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati qaydada cərimə cəzası tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40- 43, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-678/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-678/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver