Məhkəmə qərarları › İş №3(050)-679/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-679/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-679/2024 18.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 72-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsinin X5 daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X9 məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs Masallı RPŞyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Tamerlan adlı şəxsin onu döyərək bədən xəsarətləri yetirməsini, həmçinin Tamerlan adlı şəxsin idarə etdiyi “Chevrolet” markalı avtomobili ona məxsus “Mercedes Benz 230” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən vuraraq avtomobilinə zədə yetirməsini göstərmişdir. 19 may 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhər sakini X1 RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində Tamerlan adlı şəxsin idarə etdiyi “Chevrolet” markalı avtomobili Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 230” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən vurması və sonuncu avtomobilin ona dəyməsi nəticəsində baş barmaq nahiyəsindən bədən xəsarəti almasını göstərmişdir. 26 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatda olan Şəxs Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində Zərərçəkmiş şəxs onu qəsdən vuraraq sol əlinin 5-ci barmağına xəsarət yetirdiyini göstərmişdir. Şəxs az ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş üzrə Şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya üzün sol yarısının qançırı kimi müəyyən olunan sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirdiyinə görə Masallı RPŞ-nin İB-nin müstəntiqi Saday Mehrabov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qərar qəbul edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uzun illərdir ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Mütəmadi Masallı rayonu, Şərəfə kəndində olan fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə gəlib qalır. “Chevrolet Nexia” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı- Masallı sərnişin daşımaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Chevrolet Nexia” markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomaşınla Masallı şəhəri, Seybətin dairəsindən Masallı rayonu, Şərəfə kəndində olan evin yerləşdiyi yerə kənd yolu ilə hərəkətdə olarkən istifadəsində olan mobil telefonu ilə anası X2 ilə danışmış, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-OT-*** d.q.n avtomobil ilə idarə etdiyi avtomobilin önünə keçib onun hərəkətini dayandırmışdır. O, avtomobilini saxladıqdan sonra Malik avtomobilindən enib onun üzərinə gəlmiş, o da həmin vaxt sağ əlində telefonunu qulağına söykəyib anasıyla telefonla danışmaqda davam etmişdir. Malik yaxınlaşdıqdan sonra o, Malikin özündə olmamasını görmüş, həmin vaxt Malik heç bir səbəb olmadan onunla sözlə mübahisə etməyə başlamış və onun sol əlinin V barmağını tutaraq qəsdən əli ilə burmuşdur. O, barmağında olan ağrıdan özünü itirib avtomaşından yerə enmiş və Malikdən nə üçün belə etməsini soruşduqda Malik də ona onun haqqında kənddə həqiqətə uyğun olmayan sözlər danışıldığını və həmin söhbətləri onun camaat arasında yaydığını ona demişdir. O, da Malikdən kənd camaatı yanında onun anasının ünvanına nəlayiq ifadə işlətməsinin və təhqir etməsinin səbəbini soruşmuş, Malik həmin vaxt ona heç bir cavab verməmiş, təkidlə ondan öz barəsində nə danışdığını soruşduqda o, da Malikə kənd camaatının olan sözləri danışdığını demişdir. Həmin vaxt Malik onun şərəf və ləyaqətini alçaldaraq anasının və bacısının ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da özünə siqaret qutusu almaq üçün evində usta işləyən Cəlilabad rayonu, Göytəpə şəhər sakini X12 ilə birlikdə idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxıb Şərəfə kəndində yerləşən “Vüsal market” adlı ərzaq mağazasına getmiş və orada avtomobili saxlamışdır. Daha sonra idarə etdiyi avtomobildən yerə düşmüş və Tamerlanın idarə etdiyi özünə məxsus avtomobilin sərnişin oturacağında spirtli içkinin təsiri altında əyləşdiyini görmüşdür. Həmin vaxt Tamerlan onu nəlayiq sözlərlə söyüb təhqir etməyə başlamış, sonra ona “sən və anan işverənsiz” sözlərini demişdir. O, da Tamerlana danışdığı sözlərə diqqət yetirməsini və spirtli içkinin təsirindən olduğundan onunla sabah söhbət edəcəyini bildirmişdir. Həmin zaman Tamerlan yenə onu nəlayiq küçə söyüşlərilə söyüb təhqir etməyə davam etmiş, o, da Tamerlana əhəmiyyət verməyib geri qayıdarkən sonuncu avtomobilindən yerə düşüb ona yaxınlaşmış və yumruqla onun sol sifət nahiyəsinə bir dəfə qəsdən vurub onu təhqir etməyə davam etmişdir. O, isə Tamerlanı itələyib avtomobilinə əyləşdirmək istəmiş, lakin Tamerlan spirtli içkinin təsirində olduğundan yenə onun üzərinə getmiş, o, da onu təkrar itələyib mübahisənin davam etməməsi üçün avtomobili ilə yola salmağa çalışmışdır. Bundan sonra o, Tamerlandan kənarlaşıb avtomobilini hərəkətə gətirib evinə qayıtmaq üçün avtomobilinin ön sürücü oturacağına yaxınlaşmış və qapını açmışdır. Tamerlanın idarə etdiyi “Chevrolet” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb ön hissəsilə əvvəlcə onun avtomobilinin sağ arxa qanadına, sonra sağ arxa sərnişin qapısına və sonra sağ ön sərnişin qapısına vurduğunu görmüşdür. Həmin gün gec olduğundan xəstəxanaya müraciət etməmiş və səhəri gün Masallı RMX-ya yaxınlaşıb tibbi müayinə olunmuş və oradan da Masallı RPŞ-yə yaxınlaşıb ərizə yazmışdır. Sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati icraatın açılmasında ötrü material üzrə qəbul edilmiş qrarın surətinin Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X6 X14 məhkəmə tibbi ekspertinin xx.xx.2023-cü il tarixli, 389 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzün sol yarısının qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 01 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar