Məhkəmə qərarları › İş №3(050)-680/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-680/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-680/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Masallı rayonu Məmmədoba kəndində yerləşən (hüquqi ünvan) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 05 mart 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs 20000 (iyirmi min) ABŞ dolları məbləğində xaricə köçürülmüş və 2 il müddət keçməsinə baxmayaraq, 17095,88ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında işitirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 mart 2023-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki Şəxs 20000 (iyirmi min) ABŞ dolları məbləğində xaricə köçürülmüş və 2 il müddət ötməsinə baxmayaraq 17095,88ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitinin geri qaytarmamasına görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iznibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet sistemindən çıxarışdan görünür ki, Şəxs qanuni təmsilçisi X1r, MMC-nin qeydiyyata alınma tarixi xx.xx.2019-cu il, VÖEN **********, hüquqi ünvanı Masallı rayonu Məmmədoba kəndi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, AZB191108 nömrəli müqavilədən görünür ki, satıcı “X2” LTD şirkətinin baş direktoru Quan Denpen və alıcı Şəxs direktoru X3 arasında elektron məişət texnikası, elektron korpusların ehtiyat hissələrinin, mobil aksessuarlarının və digər müxtəlif nomenklaturada olan malların alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilə xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilə üzrə hesablar müqaviləyə əlavə olan xx.xx.2020-ci il tarixli razılaşma ilə yenilənmişdur. Köçürmə haqqında ərizədən görünür ki, vəsaiti köçürən müştəri Şəxs MMC xx.xx.2019-cu ii tarixli müqavilə və xx.xx.2020-ci il tarixli əlavəyə, xx.xx.2019-cu il tarixli fakturaya əsasən xx.xx.2021-ci il tarixdə 50000 (əlli min ABŞ dolları) ABŞ dolları məbləğində pul vəsaitini modem, router kimi elektron əşyaların alınması üçün benefisiar “X2” LTD şirkətinin hesabına pul köçürməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir. Kommersiya fakturasından məlum olur ki, alğı-satqı müqaviləsinin ümumi dövriyyəsi 617000 ABŞ dolları təşkil edir. "xxxx" ASC-dən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 28 fevral 2023-cü il tarixli, 802 saylı məlumata əsasən Şəxs 50000 (əlli min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 21611.56 (iyirmi bir min altı yüz on bir ABŞ dolları, əlli altı sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən hüquqi şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini araşdıraraq müəyyən etmişdir ki, Şəxs 20000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş,ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 17095,88 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Belə ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”n 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Hüquqi şəxs Şəxs MMC-nin rəhbərliyi alğı-satqı müqaviləsi üzrə alınan malların gətirilməsi və xidmətlərin göstərilməsi zamanı hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilən (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). təqsiri istisna edən əsaslar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş iznibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə verilmiş inzibati materialı tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında prtokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, prtokol işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nə inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş valyuta məbləğinin müəyyən faizi miqdarında cərimə təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş 17095,88 ABŞ dolları xarici valyuta məbləğinin iyirmi faizi miqdarında, yəni 3419,17 ABŞ dolları məbləğində cərimə edilsin. Şəxsndən 3419,17 ABŞ dolları cərimə məbləği tutularkən qərarın icra olunduğu günə olan manat məzənnəsi ilə hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şirvan Apellaysiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar