Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-683/2023 22.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərədə tutuılan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim edilmiş 29 aprel 2023-cü il tarixli, seriya AP, ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 aprel 2023-cü il tarixdə, saat 08:42 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “NİVA” minik markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün YPX əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yaşayış yeri Sumaqyıt şəhəridir. Qəbul ediləcək məhkəmə qərarından onun və ya protokolu tərtib etmiş orqanın nümayəndəsinin şikayət vermək hüququ var. Bu isə gəlib-getmə məsələlərində müəyyən problemlər yarada bilər. Sonda Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, inzibati işi yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinələyərək, iş materiallarını araşdıraraq hesab edir ki, inziabti material aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Şəxs yaşayış yeri üzrə - Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25/7, mənzil 26-da qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şəxs tərəfindən imzalanaraq, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə göstərilmişdir ki, inzibati xəta haqqında protokola yaşayış yeri üzrə Sumqayıt şəhərində baxılması xahiş edilmişdir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən inzibati xətanın törədildiyi yer - Masallı rayonunun ərazisidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Onun yaşayış yeri isə - Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25/7, mənzil 26-dır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati material aidiyyəti üzrə baxılması üçün Sumqayı Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati material aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-683/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-683/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver