Məhkəmə qərarları › İş №3(050)-685/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-685/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-685/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X21 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X9, onun vəkili Vəkil və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə. X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin X5 inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Qida X4-X15 inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X4-X15 inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli MN ******* saylı qərarından məlum olmuşdur ki, uşaq bağçasının mətbəxində üzərində etiket məlumatları olmayan qida məhsulları aşkar edilməsi, dezinfeksiya müqaviləsi bağlanmaması, tibbi müayinə kitablarının təqdim edilməməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarın qəbul edilməsi üçün əsas 05 mart 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Lakin həmin vaxt hüquqları və vəzifələri izah edilməmiş, protokola izahatlarını qeyd etməyinə şərait yaradılmamışdır. Bununla da, Azərbaycan Respublikası İXM-nin 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. Mübahisəli qərarla uşaq bağçasında üzərində etiket məlumatları olmayan qida məhsulları aşkar edilməsi, dezinfeksiya müqaviləsi bağlanmaması, tibbi müayinə kitablarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinin dispozisiyası standartlarına və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalını, satılmasını, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini nəzərdə tutur. Lakin mübahisəli qərarda onun konkret olaraq standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən hansı malları istehsal etməyi, belə tələblərə cavab verməyən hansı malları satmağını, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən hansı işləri yerinə yetirməyini, belə tələblərə cavab verməyən hansı xidmətləri göstərməyini qeyd edilməmişdir. Qərarda qeyd edilən dezinfeksiya müqaviləsi bağlanmaması, tibbi müayinə kitablarının təqdim edilməməsi isə bu maddənin dispozisiyasında nəzərdə tutulmamışdır. Burada bir sual da meydana gəlir, tibbi müayinə kitabları təqdim edilmədiyi halda, işçi heyətindən kimlərinsə tibbi müayinədən keçməməsi necə müəyyən edilmişdir? Halbuki dezinfeksiya işləri ilə bağlı müvafiq müqavilələr olmuş və belə tədbirlər davamlı olaraq icra edilmişdir. Hazırda da bu tipli müqavilə vardır. Əvvəlki dövrlərdə olan belə işlərin görülməsi ilə bağlı aktların bəzilərini şikayətinə əlavə edir ki, bu hal bir da sübut edir ki, dezinfeksiya müqaviləsi mövcud olmuş və müvafıq tədbirlər icra edilmişdir. Hətta bu hallar mövcud olmuş olsaydı belə, sözügedən inzibati xəta ilə bağlı maddənin dispozisiyasında nəzərdə tutulmadığından həmin maddənin tərkibini yaratmır. Üzərində etiket məlumatları olmayan qida məhsullarına gəlincə isə bunlar ev şəraitində hazırlanmış 3 ədəd hər biri 1 litr olan ev kompotu, 1 ədəd 3 kq olan əncir mürəbbəsi, 1 ədəd 750 qramlıq çiyələk mürəbbəsi işçilərə məxsus olmaqla onların özlərinin istifadəsi üçün evlərindən gətirilmişdir. Bunu onlara qadağan edə bilməz. Həmin məhsullar nə bağçada olan uşaqlara verilməmiş, nə də onların gündəlik qidası ilə bağlı menyuya daxil edilməmişdir. Yoxlama mart ayının 5-də keçirilmişdir. Həmin həftə ilə bağlı menyu isə mart ayının 4-də tərtib edilmişdir. Yoxlamanı keçirən şəxslərə menyu təqdim edilmiş, qeyd olunan qidalar nə menyuda, nə də uşaqların həmin günki qidalarında aşkar edilməməsinə və sözügedən qidaların işçilər tərəfindən özlərinin istifadəsi üçün gətirdiklərini həm onun, həm də həmin işçilərin özlərinin deməsinə baxmayaraq yoxlamanı keçirən şəxslər bunu nəzərə almamış, tərtib olunmuş aktda və qərarda bu barədə qeyd etməmişlər. Bütün bunlar əməlində İXM-nin 447.0.3-cü maddəsinin tərkibinin olması barədə yanlış nəticəyə gəlinməsini göstərir. Təqsirsizlik prezumpsiyasına görə inzibati xətanın və tərkibin mövcudluğunu sübut etmə bununla bağlı protokolu tərtib edən şəxsin üzərinə düşür. Lakin iş materiallarında üzərində etiket məlumatları mövcud olmayan məhsullardan uşaq bağçasında istifadə etməyilə bağlı hər hansı sübut yoxdur. Bu da Azərbaycan Respublikası Qida X4 Regional Bölməsinin əməkdaşlarının İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olmasının sübut edilmədiyi halda, həmin maddə ilə əsassız olaraq barəsində qərar qəbul etməsini, bununla da İXM-nin 75.0.1-ci maddəsinin tələblərini pozmasını göstərir. Heç bir inzibati pozuntuya yol vermədyi halda, inzibati qaydada cərimə edilməyi qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmağıdır. Halbuki göstərilən hallar İXM-nin 53-cü maddəsində icraatı rədd edən hallar kimi nəzərdə tutulmuş və İXM-nin 105.1-ci maddəsinə əsasən belə vəziyyətdə icraata xitam verilməli idi. Bundan başqa bağçanın fəaliyyəti ilə bağlı dəfələrlə fəxri fərmanlarla təltif edilmişlər. Bağçada olan qida ilə bağlı hazırkı vaxtadək hər hansı şikayət daxil olmamışdır. Bundan əlavə bağça kamera müşahidəsi ilə təmin edilmişdir ki, valideynlər onlayın kamera müşahidəsi vasitəsi ilə övladları, onların saxlanma və qidalanmasını izləyə bilirlər. Bu mövzuda da hər hansı narazılıq olmamışdır. Yoxlama günü uşaqlara verilən qidalardan və aşpazdan nümunələr götürülüb yoxlanılmış, yoxlama nəticələrində hansısa pozuntular aşkar edilməmişdir. Uşaqların qidalanması ilə bağlı mətbəxə daxil olmaq səlahiyyəti olan işçilər mütəmadi olaraq tibbi müayinələrdən keçirilmişlər. Bununla bağlı da hansısa neqativ hal olmamışdır. İnzibati xəta hadisəsi olmadığı təqdirdə hazırkı qərarın qəbul edilməsi həm qanunsuz və əsassız olmaqla yanaşı bağçanın nüfuzuna da xələl gətirir. Göstərilən protokol tərtib edilərkən bütün bunlar barədə bildirməyinə, sonradan elektron qaydada ərizə ilə müraciət edərək bunlar barədə məlumat verməyinə, həmçinin Qida X4-X16 protokolun müzakirəsində iştirak edib bunlar barədə bildirməyinə baxmayaraq nəzərə alınmayaraq barəsində əsassız qərar qəbul edilmişdir. Şikayətçinin vəkili Vəkil məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi yoxlamanı aparmış şəxs Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Masallı şəhərində yerləşən uşaq bağçasında yoxlama aparılmış və yoxlama zamanı bağçanın mətbəx sahəsində yararlı məhsular ilə yanaşı, istifadə müddəti keçmiş məhsul və istifadə müddətinin qeyd edilmədiyi məhsullar da aşkar edilmişdir. Yoxlama prosesi tam şəkildə videoçəkiliş ilə aparılmış və baş verən hər bir hadisə videolentə alınmışdır. Daha sonra X9 otağında ona hüquq və vəzifələri tam şəkildə izah edilməklə barəsində inzibati xəta haqqında protkol tərtib edilmiş və bir surəti ona təqdim edilmişdir. Qeyd olunan protokol əsasında isə X12 1500 manat qidarında inzibati qaydada cərimələnmışdır. Odur ki, qərar tam qanuni olduğu üçün qüvvədə saxlanılmasını xahiş etdi. Nümayəndə2 məhkəmə iclasında izahatında əlavə olaraq bildirdi ki, X12 onun barəsində vəzifəli şəxs kimi protokol yazılarkən onlardan kömək edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X5 nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Masallı şəhərində yerləşən uşaq bağçasında yoxlama aparılmış və yoxlama zamanı bağçanın mətbəx sahəsində yararlı məhsular ilə yanaşı, istifadə müddəti keçmiş məhsul və istifadə müddətinin qeyd edilmədiyi məhsullar da aşkar edilmişdir. Yoxlama prosesi tam şəkildə videoçəkiliş ilə aparılmış və baş verən hər bir hadisə videolentə alınmışdır. Qeyd olunan protokol əsasında isə X12 1500 manat qidarında inzibati qaydada cərimələnmışdır. Odur ki, qərar tam qanuni olduğu üçün qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız oldu üçün təmin edilməməlidir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Masallı şəhərində yerləşən "xxxx" uşaq bağçasının mətbəx sahəsində üzərində etiket məlumatları olmayan qida məhsulları aşkar edilmişdir. İşçilərin tibbi müayinə kitabları yoxlamaya təqdim edilməmiş, dezinfeksiya müqaviləsi bağlanmaması səbəbindən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı şəhərində yerləşən "xxxx" körpələr evi uşaq bağçası MMC-yə məxsus mətbəx sahəsində son istifadə müddəti bitmiş qida məhsulları üzərində etiket məlumatları olmayan qida məhsulları aşkar edilmişdir. İşçilərin tibbi müayinə kitabları yoxlamaya təqdim edilməmiş, dezinfeksiya müqaviləsi bağlanmaması səbəbdən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan 11 mart 2024-cü il tarixdə Masallı rayon Dezinfeksiya Stansiyasının baş həkimi X14 ilə "xxxx" bağçasının müdiri X12 arasında dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işlərinin görüməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclas zalında baxış keçirilərkən müəyyən edildi ki, Masallı şəhərində yerləşən "xxxx" körpələr evi uşaq bağçasında yoxlama aparılan zaman bağçanın rəhbəri X9 iştirakı ilə mətbəx sahəsində son istifadə müddəti keçmiş məhsullar aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 14 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməli və qərar qanuni hesab edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 barəsində Azərbaycan Respublikasının Qida X8-X19 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 mart 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar