Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-7/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci il tarixdə Masallı rayonu, Tatyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 02:00-da qanunsuz olaraq ov fəaliyyəti ilə məşğul olmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Ariz Səfərov tərəfindən 14 dekabr 2024-cü il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ov həvəskarıdı və mütəmadi olaraq ova gedir. Onun özünə məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli, mülki ov tüfəngi vardır. Lakin ovla məşğul olması üçün müvafiq icazəsi olmadığından barəsində hadisə zamanı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xətanın törədilməsini etiraf edir və əməldən səmim peşmandır. Məhkəmədən ov silahının müsadirə edilməməsini və barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - baxış keçirmə və götürmə protokolundan görünür ki, foto şəkildə əks etdirən Şəxs özunə məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngini, 1 ədəd baş üçün fanarı, 8 ədəd patronu və 2 ədəd Kəvələ cinsindən çöl quşunu Masallı rayon Polis şöbəsinə təqdim etmişdir. - Şəxs izahatının surətindən görünür ki, o, ov həvəskarıdı və mütəmadi ova gedir. Onun özünə məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngi vardır. O, 05 dekabr 2024cü il tarixdə axşam saatlarında yaşadığı kəndin qonşuluğunda yerləşən Masallı rayonu Yeyənkənd kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olan 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngi ilə 2 ədəd Kəvələ cinsindən olan çöl quşunu ovlayıb evinə qayıdarkən Masallı rayonu Yeyənkənd kəndində Masallı rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək Polis şöbəsinə dəvət etmişlər. - 19/23 saylı şəhadətnamənin surətindən görünür ki, Şəxs 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün 17 oktyabr 2023-cü il tarixdə Masallı rayon Polis şöbəsi tərəfindən icazə verilmişdir. - «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olduğundan inzibati qaydad məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmiş və 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngi, 1 ədəd baş üçün fanar, 8 ədəd patron, 2 ədəd Kəvələ cinsindən çöl quşu Masallı rayon Polis şöbəsinin İTB-nə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngi, 1 ədəd baş üçün fanar və 8 ədəd patron qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan Masallı rayon Polis şöbəsinin İTB-də maddi sübut kimi saxlanılan 2 ədəd Kəvələ cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 12 kalibirli, Marveric markalı, 20AZ-0022 nömrəli, tək lüləli mülki ov tüfəngi, 1 ədəd baş üçün fanar və 8 ədəd patron qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs qaytarılsın. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan 2 ədəd Kəvələ cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-7/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-7/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver