Məhkəmə qərarları › İş №3(050)-705/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-705/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-705/2023 10.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 avqust 1983-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, 3-cü qrup əlil, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 aprel 2023-cü il tarixdə Sığdaş kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, üçüncü qrup əlil və ankaloji xəstədir. Bu səbəbdən də heç bir yerdə işləmir. Lakin ailəsinin dolanışacağını təmin etmək üçün yaşadığı kənd ərazisində həmkəndlilərinin torpaq sahələrinə iribuynuzlu və xırdabuynuzlu heyvanlar girməməsi üçün nəzarət edir və bununla bağı hər bir torpaq sahibi ona 20 manat pul ödəyir. Lakin Şabala özünə məxsus iribuynuzlu heyvanlara nəzarət etmədiyi üçün iribuynuzlu heyvanlar onun nəzarət etdiyi otlaq sahələrə girir. Bu səbəbdən bir neçə dəfə Şabalaya irad bildirmişdir. Lakin, Şabala yenədə iribuynuzlu heyvanlara nəzarət etmir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Masallı rayonu, Sığdaş kəndində otlaq sahələrinin yanında olduğu zaman Şabalanın iribuynuzlu heyvanları örüş sahəsinə gətirdiyini görmüşdür. Şabalanı səsləyərək iribuynuzlu heyvanların qarşısını almasını yoxsa onun nəzarət etdiyi sahələrə girəcəklərini bildirmişdir. Şabala isə ona “gəlmirəm sən kimsən” demişdir. Bundan sonra əsəbiləşib bir dəfə təpiklə Şabalanı vurmuşdur. Bundan başqa Şabalaya heç bir şey etməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs Sığdaş kənd sakinidir. O, Şatıroba kəndində qeydiyyatda olsada Sığdaş kəndində yaşamaqla çobanlıq edib ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində iribuynuzlu heyvanları örüş sahəsinə aparan zaman kənd ərazisində Şirxan ilə rastlaşmışdır. Həmin vaxt Şirxanda öz iribuynuzlu heyvanlarını küçə ilə aparmışdır. Şirxan onu çağırmış o, isə Şirxana gələ bilməyəcəyini heyvanlara nəzarət etdiyini bildirmişdir. Bundan sonra Şirxan onun üzərinə gələrək “sən kimsən səni çağırıram sən mənə cavab qaytarırsan” demişdir. Daha sonra Şirxan sillə ilə onun üz nahiyəsinə təpiklə isə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Şirxan onu vurduqdan sonra ondan aralanmışdır. Oda yaşadığı evə getmiş və Gülnar onun bu halını görərək DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmədən Şəxs qanunauyğun ədalətli cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 317 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs gövdənin sağ yan hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 20 aprel 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis kapitanı Yasin Kazımov tərəfindən 10 may 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, Şəxs üz sinirinin zədələnməsi, sağ tərəfdə Vll-cüt beyin sinirinin (nervus facialiş) periferik parezi. Baş beynin digər zədələnmələri, Sağ tərfdə üz sinirinin plastikası. Sağ-alın gicgah nahiyəsində kəllə sümüklərinin plastik trepomasiyasından sonrakı fəsadları. Sağ tərəfdə gicgah sümüyünün piramida şişinin götürülməsi (16.12.19). Sağ tərəfdə hipamziya.” Diaqnoz tarixi ilə 2021-04-29-ci il tarixdən 3 qrup əlilldir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar