Məhkəmə qərarları › İş №3(050)-710/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-710/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-710/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Masallı Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, 05 mart 1970-ci ildə Masallı rayonu, Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Şəxs 25 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Masallı şəhəri, Qarabağ küçəsində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 25 fevral 2025-ci il tarixdə, saat 15 radələrində oğlu X5 şəhərində oxuduğu kollecin yaxınlığına getmiş, oğlu ilə danışmağa və onu evə geri qaytarmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs və qızı Aytən Camalova oraya gəlmişlər. Onlara oğlunun evlərinə qayıtmağını istədiyini bildirdikdə aralarında əvvəlcə sözlə mübahisə baş vermişdir. Sonra Günel onun üzərinə hücum edib saçından yapışaraq dartmışdır. O da onun saçından yapışmış, Əli isə onları ayırmışdır. Yenidən Günel üzərinə hücum edərək paltarının yaxasından dartmış, o da Günelin saçından yapışmış, Günel onu itələyərək yerə yıxmışdır. Bundan sonra onlar dərhal oradan uzaqlaşmışlar. Hadisə zamanı zamanı orada kənar şəxslər olsa da onları tanımamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində qızı Aytəni təhsil aldığı Masallı şəhərində yerləşən kollecə aparmış, bu zaman Şəxs və oğlu Əlinin mübahisə etdiyini görmüş, onlara yaxınlaşdıqda Firuzə Aytəni nalayiq ifadələrlə təhqir etməyə başlamış, sonra saçından yapışaraq dartmış, o və X6 əlindən almışlar. Həmin vaxt Şəxs onun da saçından tutub yolmuş, dodaq və gicgah nahiyyəsinə xəsarətlər yetirmişdir. Sonra Əlinin köməyi ilə onun əlindən çıxıb taksiyə minərək oradan uzaqlaşmışdır. Hadisə zamanı o, Şəxs saçını yolmamışdır. Firuzə Aytənin saçını yolarkən onun sinə nahiyəsindən itələmişdir. Həmin vaxt Firuzə yerə yıxılmamışdır. Hadisə zamanı onun üz nahiyəsində Firuzənin dırnağı ilə cırması nəticəsində xəsarət yaranmışdır. Hal-hazırda Firuzəylə barışmadığı üçün məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində anası Zərərçəkmiş şəxs ilə birlikdə təhsil aldığı Masallı şəhərində yerləşən kollecə getmişlər. Orada Şəxs ilə oğlu Əlinin mübahisə etdiyini görmüşdür. Onların yanına çatdıqda Firuzə onu nalayiq ifadələrlə təhqir edərək, saçından dartmışdır. Anası və Əli onu Firuzənin əlindən almağa çalışmışlar. Həmin vaxt Firuzə anasının da saçından tutub yolmağa başlamışdır. Daha sonra Əlinin köməyi ilə anası Firuzənin əlindən çıxmışdır. Hadisə zamanı anası Firuzənin saçını yolmamışdır. Firuzə onun saçını yolarkən anası Firuzənin sinə nahiyəsindən itələmiş, lakin sonuncu yıxılmamışdır. Hadisə zamanı onun bədənində xəsarət yaranmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında 17 mart 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə onunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinin təqdim etdiyi 01 mart 2025-ci il tarixli, 146 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs yuxarı dodağın və sol gicgah nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 fevral 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurma xəsarətləri olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Masallı TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surətinin Masallı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Onun əməlində iş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar