Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-711/2024 26.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 72-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 230” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vuraraq sonuncuya maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Tamerlanla əvvəllər aralarında hər hansı bir ədavət, düşmənçilik və qərəzli münasibət olmamışdır. xx.xx.2023cü il tarixdə saat 22:30-da özünə siqaret qutusu almaq üçün evində usta işləyən Cəlilabad rayonu, Göytəpə şəhər sakini X1 ilə birlikdə idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evdən çıxıb Şərəfə kəndində yerləşən “Vüsal” market adlı ərzaq mağazasına getmiş və orada avtomobili saxlamışdır. Daha sonra idarə etdiyi avtomobildən yerə düşmüş və Tamerlanın idarə etdiyi özünə məxsus avtomobilin sərnişin oturacağında spirtli içkinin təsiri altında əyləşdiyini görmüşdür. Həmin vaxt Tamerlan onu nəlayiq sözlərlə söyüb təhqir etməyə başlamış, sonra ona “sən və anan işverənsiz” sözlərini demişdir. O, da Tamerlana danışdığı sözlərə diqqət yetirməsini və spirtli içkinin təsirindən olduğundan onunla sabah söhbət edəcəyini bildirmişdir. Həmin zaman Tamerlan yenə onu nəlayiq küçə söyüşlərilə söyüb təhqir etməyə davam etmiş, o, da Tamerlana əhəmiyyət verməyib geri qayıdarkən sonuncu avtomobilindən yerə düşüb ona yaxınlaşmış və yumruqla onun sol sifət nahiyəsinə bir dəfə qəsdən vurub onu təhqir etməyə davam etmişdir. O, isə Tamerlanı itələyib avtomobilinə əyləşdirmək istəmiş, lakin Tamerlan spirtli içkinin təsirində olduğundan yenə onun üzərinə getmiş, o, da onu təkrar itələyib mübahisənin davam etməməsi üçün avtomobili ilə yola salmağa çalışmışdır. Bundan sonra o, Tamerlandan kənarlaşıb avtomobilini hərəkətə gətirib evinə qayıtmaq üçün avtomobilinin ön sürücü oturacağına yaxınlaşmış və qapını açmışdır. Həmin vaxt avtomobilinin arxa sağ qapısının yanında olan Yusif qışqıraraq ona çəkilməyini demiş, o, baxdığı zaman Tamerlanın idarə etdiyi “Chevrolet” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb ön hissəsi ilə əvvəlcə onun avtomobilinin sağ arxa qanadına, sonra sağ arxa sərnişin qapısına və sonra sağ ön sərnişin qapısına vurduğunu görmüşdür. O, həmin vaxt zərbənin təsirindən yıxılıb avtomobilin alt hissəsinə girmiş və orada sol çiyin, sol aşağı çənə və sol diz nahiyələrindən bədən xəsarətləri almışdır. Sonra Tamerlan oradan uzaqlaşıb getmişdir. Hadisə nəticəsində avtomaşınına 1990 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Şərəfə kəndində idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz 230” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vuraraq sonuncuya maddi ziyan vurmuşdur. 06 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-in aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. “VAZ” Avtoservis TXS tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1408-saylı arayışdan görünür ki, “Mercedes Benz” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobiliə dəymiş ziyan məbləği 1990 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, 06 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Şəxs barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuni hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib barəsində dəymiş ziyanın 01 (bir) misli miqdarında 1990 (bir min doqquz yüz doxsan) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hkaim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-711/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-711/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver