Məhkəmə qərarları › İş №3(050)-711/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-711/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-711/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı şəhəri ərazisində həmkəndlisi Masallı rayonu, Musaküçə kənd sakini Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Musaküçə kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək, Təzə Bazarın yanında Şəxs qızı Aytənlə birlikdə onun üzərinə hücum edərək onu döyərək saçını yolması barədə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Musaküçə kəndində yaşayan Şəxs Masallı RPŞ-yə ərizə ilə edərək, xx.xx.2025-ci il tarixdə Masallı şəhəri ərazisində tanışı Zərərçəkmiş şəxs tərəfindən döyülməsini göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Masallı şəhəri, Qarabağ küçəsində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı sonuncunu qəsdən vuraraq boynun sağ və sol hissəsinin sıyrıqları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs və Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yarandığından barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onunla düşmənçilik və ədavəti yoxdur. Təxminən 3 ay əvvəl qızı Şahid1 təhsil aldığı tibb kursunda qrup yoldaşı Şahid2la nişanlanmışdır. Lakin, sonradan Zərərçəkmiş şəxs təkidi ilə həmin nişan pozulmuşdur. Buna görə də aralarında bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində o, qızı Aytəni təhsil aldığı Masallı şəhərində yerləşən təhsil aldığı kursa apararkən Zərərçəkmiş şəxs oğlu Əli ilə mübahisə etdiyini görmüşdür. Onlara yaxınlaşmaq istədikdə, Zərərçəkmiş şəxs Aytəni nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu səbəbdən aralarında mübahisə baş vermiş, mübahisə zamanı bir-birinə əl-qol ataraq bir neçə saniyə ərzində dartmışlar. Mübahisə zamanı özü də bədən xəsarətləri almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs əvvəlcədən tanışlığı olmuş, hətta oğluna Günelin qızını da almaq istəmişdir. Oğlu Əli və Günelin qızı Aytən bir müddət nişanlı olmuşlar, lakin sonradan onların nişanı Şəxs tərəfindən pozulmuşdur. Buna baxmayaraq, oğlu Şahid2 qaynanası Şəxs evində yaşamışdır və onlarla əlaqə saxlamamışdır. Həmçinin nömrələrini də bloka atmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində o, oğlunun Masallı şəhərində oxuduğu kollecin yaxınlığına getmişdir. Bu zaman oğlu ilə danışmağa və onu evə geri qaytarmağa çalışmışdır. Bu zaman Şəxs və qızı Şahid1 oraya gəlmişlər. Onlar ona oğlunu evə aparmalarına etiraz etdiklərindən aralarında mübahisə baş vermişdir. Bu zaman Günel onun üzərinə hücum etmiş və onu polis şöbəsinə aparacağını bildirmişdir. X5 oradan uzaqlaşdırmaq istəmişlər. O, Əlinin qolundan yapışmışdır. Bu zaman Aytən onun saçından yapışaraq dartmışdır. O da onun saçından yapışdır. Əli onları ayırmışdır. Yenidən Günel üzərinə hücum edərək paltarının yaxasından dartmışdır. O da Günelin saçından tutmuşdur. Günel onu itələyərək yerə yıxmışdır. Bundan sonra onlar dərhal oradan uzaqlaşmışlar. Hadisə zamanı orada kənar şəxslər olsa da, həmin şəxslərin kimliyi ilə bağlı məlumatı olmamışdır. Hazırda Şəxs ilə barışmaq istəmir, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həmin xüsusatları təsdiq edərək barəsində inzibat xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinin tərkibi olduğundan barələrdə həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X3 X7 məhkəmə tibbi ekspertinin xx.xx.2025-ci il tarixli, 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynun sağ və sol hissəsinin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün təyin edilmir. xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Masallı şəhər ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünün aşağı həddində tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar icra edilməsi üçün Masallı Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar