Məhkəmə qərarları › İş №3(050)-712/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-712/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-712/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (27 iyul 1986-cı ildə Masallı rayonunda doğulmuş, Masallı rayonu, Pircana kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 25 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Masallı rayonu Pircana kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov silahını saxlama qaydasını pozmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı C.Əbülfəzli tərəfindən 19 mart 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, tüfən ona atasından qalmışdır. Lakin tüfəngə dair nə atası, nə də ki, o heç bir rəsmi sənəd almamışdır. Etdiyi əməldən peşmandır. İşdə olan DİN-in Masallı RPŞ-in İTB-in polis sahə rəisi polis kapitanı C.Əbülfəzli tərəfindən tərtib edilmiş 19 mart 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Masallı rayonu Pircana kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov silahını saxlama qaydasını pozmuşdur. İşdə olan Masallı RPŞ-nın İB-nin polis mayoru Cahangir Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Masallı rayonu Pircana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edib qəbul etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğundan xx.xx.2024-ci il tarixdə saat 19 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayonu Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 8,847 qram və həmin tarixdə saat 20 radələrində Masallı rayonu Pircana kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 01 ədəd bağlamada təmiz çəkisi 440,0 qram olan bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi ilə əlaqədar toplanmış material olmuşdur. xx.xx.2024-cü il tarixdə təhqiqatçı Abbasağa Paşayev tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq aidiyyəti üzrə RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsi Masallı RPŞ-nin İB-nin baş müstəntiq Elturan Eminbəyliyə həvalə olunmuş və həmin tarixdə cinayət işi icraatına qəbul edilməklə istintaqı aparılmışdır. İş üzrə, Şəxs yaşadığı Masallı rayonu Pricana kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2024-cü il tarixdə baxış keçirilərkən oradan 01 ədəd 16 kalibrli İJ-K modelli, yivsiz və texniki cəhətdən saz olan hamar lüləli K-44709 nömrəli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Lakin, Şəxs həmin ov tüfənginə dair şəhadətnamə təqdim etməmiş və həmin ov tüfənginin qeydiyyatda olmadığı müəyyən olunmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilmişdir. İşdə olan Masallı RPŞ-nın İB-nin baş müstəntiqi, polis kapitanı Elturan Eminbəylinin sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi, Şəxs barəsindən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin aidiyyəti xidmət sahəsinə göndərilməsi, Şəxs üzərindən və yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 448,847 qram kimi götürülməsi, İş üzrə 25 yanvar 2024-cü il tarixdə Şəxs üzərindən və yaşadığı fərdi yaşayış evindən ümumi çəkisi 470,5 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 448,547 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək tərəfimdən qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılması nəzərə alınması, Şəxs üzərinə keçirilmiş şəxsi-axtarış və götürmə, istintaq hərəkətinin aparılmasının video görüntülərini yaddaşında saxlayan 01 ədəd DVD disk və baxış keçirmə və götürmə protokolu, həmin protokolun əlavəsi olan 01 ədəd DVD diskin iş üçün sübut həmiyyəti daşıdığından cinayət işin materiallarına əlavə edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş şəxslərin ifadələri, şəxsi-axtarış və götürmə protokolu, həmin protokolun əlavəsi olan 01 ədəd DVD disk, baxış keçirmə və götürmə protokolu, həmin protokolun əlavəsi olan 01 ədəd DVD disk, məhkəmə bioloji, məhkəmə-narkoloji, məhkəmə-ballistik ekspertizalarının rəyləri, əməliyyat tapşırığına cavab, maddi sübut və digər istintaq hərəkətinin protokolları ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, Qərarın surəti Masallı rayon prokuroruna göndərilməsi qərar alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, inzibai xəta haqqında protokol, raportdan, sübutların qiymətləndirilməsi haqqında qərardan.ş habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmə Şəxs götürülmüş 1 ədəd 16 kalibrli, İJ-K modelli, yivsiz, hamar lüləli, K-44709 nömrəli ov tüfəngi dövlət nəfinə müsadirə edilməsini və onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd 16 kalibrli, İJ-K modelli, yivsiz, hamar lüləli, K- 44709 nömrəli ov tüfəngi müsadirə edilsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar