Məhkəmə qərarları › İş №3(050)-712/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-712/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-712/2025 01.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclasa katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə X1 Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə müraciət edərək EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən onun mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. İnzibati xətanın qeydə alındığı nəqliyyat vasitə ona aid deyildir. Şəxsi kabinetində qeydə alınan nəqliyyat vasitəsinin markası fərqli nəqliyyat vasitəsinə aiddir. Qərardan şikayət verən şəxs X2 və Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına qərardan şikayət verən şəxs və səlahiyyətli orqanın nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə qərardan şikayət verən şəxs X1 və Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 21 fevral 2025-ci il tarixdə, saat 08:20 radələrində “VAZ 21074” minik markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş 4525 nömrəli kamera ilə qeydə alınmış foto şəkildən görünür ki, “VAZ 21074” minik markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobil qeyd olunsa da, fotoda tamamilə başqa markalı və **-CQ-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunmuşdur. İş materiallarında olan DİN Web portalından çıxarışdan görünür ki, EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsi qeyd edilmiş, qeyd hissəsində isə “texniki səhv” olduğu göstərilmişdir. Məhkəmədə müəyyən olundu ki, Bilgəh-Nardaran-Pirşağı yolunun 2.2-ci km-yi Bilgəh istiqamətində yerləşən radar vasitəsilə çəkilmiş foto şəkildə **-CQ-*** dövlət nömrə nişanlı avtomobil təsvir olunsa da, texniki səhv səbəbindən X1 mülkiyyətində olan “VAZ 21074” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomobilə EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə tətbiq olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Bakı şəhəri Dövlət yol polisi idarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qərardan şikayət verən şəxs X3 EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti 13 mart 2025-ci il tarixdə rabit əorqanına təqdim etdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddət ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 26226619 nömrəli, 21 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar