Məhkəmə qərarları › İş №3(050)-713/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-713/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-713/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 76700 manat alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2676/2021 saylı, 16 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 76700 manat alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra tərəflər icra şöbəsinə dəvət olunmuş və izahatları alınmışdır. Tərəflər arasında razılıq əldə olunması ilə bağlı müəyyən tədbirlər görülmüş, lakin aralarında razılıq əldə olunmamışdır. İcra sənədi ilk dəfə xx.xx.2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Dekabr 2022-ci il tarixdə borclunun ölkə ərazisində olmadığı müəyyən edilərək barəsində axtarış elan edilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəlmişdir. Bundan sonra icra sənədi İcra haqqında qanunun 23.1.1-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Lakin bir müddət sonra tələbkar yenidən Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu ilə aralarında əldə olunmuş razılıq pozulmuşdur, odur ki, icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və iş üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclunun əmlakı və gəlirləri barədə sorğular edilmiş, lakin borclunun hər hansı bir əmlakının olmadığı və hər hansı bir gəlirinin olmadığı müəyyən edilmişdir. Bu gün tərəflər icra şöbəsinə dəvət olunmuş və izahatları alınmış və borclu izahatında hər ay 200-300 manat işləyib ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, pulu tələbkardan faizə götürmüş və əsas məbləği ödəmişdir. Tələb olunan pul məbləği isə aldığı borcun faizidir. Tələbkar ona qarşı iddia qaldırdığı zaman Masallı Rayon Məhkəməsində haqlı olaraq tələbkarın iddiası təmin olunmamışdır. Sonradan tələbkar apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsində Masallı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək tələbkarın iddiasını təmin etmişdir. Sonradan Ali məhkəməyə şikayət etmiş, lakin şikayəti təmin olunmamışdır və qətnamə icraya yönəldilmişdir. İcra sənədi icra şöbəsinin icraatında olduğu zaman tələbkarla borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Özü Türkiyə Respublikasında işləyir və əmək haqqı alır. Eləcədə bir oğlu Türkiyə Respublikasında təhsil alır, bir övladı Azərbaycanda təhsil alır, bir övladı isə azyaşlıdır. Oda tələbkara bildirmişdir ki, hər ay ona ödəniş edəcəkdir. Çünki aldığı əmək haqqı ilə ailəsinin dolanacağını təmin edir, övladlarının təhsilinin davam etdirilməsi üçün müəyyən məbləğdə ödənişlər edir. Tələbkar ay ərzində ondan 5000 – 10000 manat pul tələb edir ki, oda bunu ödəmək iqtidarında deyildir. Çünki Türkiyə Respublikasında işləyərək 20 000 türk lirəsi əmək haqqı alır. O, isə tələbkarın tələb etdiyi məbləği ödəmək iqtidarında deyildir. Hər ay 300-500 manat ödəniş edə biləcəkdir. Həmçinin aralarında olan razılığa əsasən ilkin olaraq 7000 manat ödəməli idi, hər ay isə 200-300 manat ödəməli idi. Tələbkar isə razılaşmamışdır. Hazırda fikri odur ki, aylıq gücü çatdığı məbləği ödəyəcəkdir. Bu gün ödəniş edə bilməz əgər razılıq olsa hər ay 300-400 manat ödəniş edəcək, bu gün 1000 manatda ödəniş etmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hazırda borclu məcburi gətirmə ilə gətirilib məhkəməyə çıxarılmışdır. Borclu bu günkü gün aralarında əldə olunmuş razılığa əsasən ilkin olaraq 15000 manat ödəməli idi, iki aydan sonrada 15000 manat və hər ayda 2000-3000 manat ödəyəcəyini demişdir. Oda bununla razılaşmışdır. Lakin sonradan aralarında borclu ondan təmizlik kağızı istəmişdir ki, o, ona təmişlik kağızı versinki icra şöbəsində borcu yoxdur, odur ki, razılıqları pozulmuşdur. Borclu ona borclu olduğu 76700 manat borcundan bu günə kimi 1000 manat ödəmişdir. Borcludan borcunu tələb edir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində sərt tədbirlər görülməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən işin hallarını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 27 mart 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar