Məhkəmə qərarları › İş №3(050)-714/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-714/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-714/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Lənkəran rayonu, Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsindən daxil olmuş «Cinayət işi başlanmasının rədd edilməsi» barədə 26 fevral 2024-cü il tarixli qərardan və xx.xx.2024-cü tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü tarixdə, saat 23 radələrində Şəxs özünə məxsus idarə etdiyi “Vaz 21053” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomaşının salonundakı ön sərnişin oturacağının arxasında olan oturacaqda əyləşən arvadı X1 ilə Masallı rayonu, Musaküçə dairəsindən Masallı şəhəri, H.Əliyev prospekti ilə yol üzü Masallı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etməni itirib qarşı hərəkət zolağında əks istiqamətində dayanmış vəziyyətdə “Vaz 21074” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomaşının sükan arxasında əyləşən Zərərçəkmiş şəxs və həmin avtomaşının salonundakı ön sərnişin oturacağında əyləşən X2 olduğu avtomaşınla toqquşmuş, Şəxs “başın alın nahiyəsinin sıyrığı” ilə nəticələnən sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti, X1 “başın sağ gicgah nahiyəsinin əzilmiş yaralan (iki ədəd) və sağ mil-bilək oynağı nahiyəsinin əzilməsi” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti, Zərərçəkmiş şəxs “sol çiyin və sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və qançırı” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almış və X4 hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, nəqliyyat vasitəsini idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ- 21074” markalı, **-CD- *** dövlət nömrə nişanlı avtomaşın ona məxsusdur. Zeynəb Şükürova qızıdır. xx.xx.2024cü il tarixdə, saat 22 radələrində idarə etdiyi “Vaz 21074” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomaşına Zeynəb sərnişin qismində əyləşmiş və onlar Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Kapital Bank” bankomatından pul çıxartmağa getmişdilər. Lakin, bankomatın qarşısında adam çox olduğuna görə o, Zeynəb ilə avtomaşında gözləmək qərarına gəlmişdilər. Bu zaman təxminən 50 metr məsafədən qarşı hərəkət zolağında üzü Masallı şəhər istiqamətində olan ağ rəngli “VAZ-21053” markalı, avtomaşının idarə etməni itirərək ona məxsus “VAZ 21074” markalı, **-CD-*** dövlət nömrə nişanlı avtomaşının ön tərəfinə çırpılmışdır. Onun avtomaşının qarşısı səki istiqamətinə dayanmış və qapıları bağlanmışdır. Həmin vaxt avtomaşında olan Zeynəb qorxudan özünü itirmişdir. Buna baxmayaraq onlar çətinliklə qapını açıb avtomaşından aşağı enmişlər. O, həmin vaxt bədənində ağrılar hiss etməmişdir. Lakin, sonra bədənində müəyyən ağrılar hiss etmişdir. Ona görə də, Zeynəb ilə birlikdə müayinə və müalicə olmaq üçün Masallı RMX-ya getmişdir. Hadisə nəticəsində avtomaşınına maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 26 fevral 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarda istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Eksertiza və X3 X7 Masallı MTE və PA şöbəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 150 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol çiyin və sol bazu oynağı nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddəki qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024-cü tarixli, İXP 6120381nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar