Məhkəmə qərarları › İş №3(050)-730/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-730/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-730/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs 210 manat pulunu ələ keçirərək xırda talama əməlləri törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Rac Səfərov tərəfindən 28 mart 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, onun təkcə zərərçəkmiş şəxsə deyil başqa şəxslərə də, borcu vardır. Eləcədə bir çox şəxsin ona borcları vardır. Belə ki, o, qəssablıq etməklə məşğul olur. Bir neçə restoranla şifahi şəkildə razılaşması vardır ki, həmin razılaşmaya əsasən o, həmin retoranları qoyun və mal əti ilə təmin edir. Həmin restoranların işləri zəif olduğu üçün ona olan borclarını ödəyə bilməmişlər. Əlmiran polis şöbəsinə şikayət etməzdən öncədə ona səbrli olmasını pulunu ödəyəcəyini demişdir. Zərərçəkmiş özüdə bilirki o, hansı restoranlara ət paylayır. Lakin o, onun barəsində şikayət etmişdir. Bundan 4 gün sonra onun özünə məxsus qoyunları oğurlanmışdır. Bu səbəbdən də, 10 gün olarkı işləyə bilmir. Lakin bir-iki günə işə başlayacaqdır. Kiminsə haqqını yemək fikri yoxdur, zərərçəkmiş şəxsə borclu olduğu 240 manatıda qaytaracaqdır. Qoyunu oğurlamamışdır. Zərərçəkmiş özü gətirib ona vermişdir ki, qoyunu kəsib satsın və pulunu versin. Oda həmin qoyunu kəsib satmışdır. Lakin maddi inkanı yaxşı olmadığı və ona veriləcək borclar verilmədiyi üçün qoyunun pulunu verə bilməmişdir. Təxminən mart ayının əvvəllərində olub. Zərərçəkmiş əvvəllər ondan ət almışdır. Hətta Əlmirana pulu olmadığını həyətində qoyunu olduğunu əgər istəyirsə kəsdiyi qoyunun əvəzinə ona verə biləcəyini demişdir. Lakin razılaşmamışdır. Bir həftə on gün müddətində pulu qaytaracaqdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, qoyunu o, özü gətirib Cəbrayıla vermişdir ki, kəsib satsın və pulunu versin. Lakin Cəbrayıl qoyunu kəsib doğradıqdan sonra ona hazırda pulunun olmadığını, qoyunun ətini satıb pulunu verəcəyini bildirmişdir və ona təxminən yarım saat sonra gəlməsini bildirmişdir. O, isə bir saat yarım iki saat sonra getmişdir. Bu dəfədə Cəbrayıl ona gözləməsini bildirmişdir və onu axşamçağına kimi gözlətdirmişdir. Cəbrayılın qəssab olduğunu bilmiş, ondan ara-sıra ət almışdır. Bu minvalla tanış olmuş və Cəbrayıldan əgər mal-heyvan gətirmiş olsa kəsə biləcəyini soruşmuş, oda Cəbrayıl heç bir problem olmadığını kəsə biləcəyini demişdir. Ona görə də, Cəbrayılın mobil telefonuna zəng vuraraq bir ədəd qoyunu olduğunu pula ehtiyacı olduğundan kəsdirmək istədiyini deyərək qoyunu kəsə biləcəyini soruşmuş, oda qoyunu gətirməsini kəsəcəyini demişdir. Eləcədə qoyun ətinin bir kiloqramını 10 manata razılaşmışlar. Lakin Cəbrayıl qoyunu kəsənədək malı nisyə alacağını deməmişdir, kəsdikdən sonra demişdir. Bir neçə dəfə onunla telefonla danışmış və bununla bağlı dəfələrlə Yardımlı rayonundan Masallı rayonuna gəlmişdir. Pulu bir həftə ərzində qaytarmasına razıdır. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 16 mart 2024-cü il tarixli Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ Boradigah PB-nə göndərilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar