Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-731/2023 16.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Masallı Rayon Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı şəhəri, M.Fizuli küçəsi, ev 78-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)-112/2011 saylı icra sənədinə əsasən Şəxs hər ay hər bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat miqdarında aliment tutulub 04 dekabr 1996-cı ildə anadan olmuş X3 və 15 oktyabr 2004-cü ildə anadan olmuş X4 həddi buluğa çatana kimi saxlanılmaları üçün X1 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)-112/2011 saylı icra sənədinə əsasən Şəxs hər ay hər bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat miqdarında aliment tutulub 04 dekabr 1996-cı ildə anadan olmuş X3 və 15 oktyabr 2004-cü ildə anadan olmuş X4 həddi buluğa çatana kimi saxlanılmaları üçün X1 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material məhkəməyə verildikdən sonra borclu Şəxs icra sənədi üzrə borcunu tələbkar Günay Vəliyevaya ödəmiş, Günay Vəliyeva ərizə ilə Masallı Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Şəxs ona aliment borcunun olmamasını, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Sonda icra məmuru B.İbayev qeyd olunanların nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)-112/2011 saylı icra sənədindən məlumatlıdır. Hazırda tələbkara olan borcunu tam şəkildə ödəmiş, heç bir aliment borcu qalmamışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)-112/2011 nömrəli icra sənədindən görünür ki, Şəxs hər ay hər bir uşağa görə 75 manat, iki uşağa görə cəmi 150 manat miqdarında aliment tutulub 04 dekabr 1996-cı ildə anadan olmuş X3 və 15 oktyabr 2004-cü ildə anadan olmuş X4 həddi buluğa çatana kimi saxlanılmaları üçün X1 ödənilməlidir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Nəsirov X6 Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)- 112/2011 il tarixli icra sənədinin icrası ilə əlaqədar öhdəliyi üzrə yaranmış borcunu tələbkar X1 ödəmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, icra sənədi tam icra olunduğu üçün Masallı Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli, 2(050)-112/2011 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-731/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-731/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver