Məhkəmə qərarları › İş №3(050)-731/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-731/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-731/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (xx.xx.1978-ci ildə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 01 mart 2025-ci il tarixdə, saat 17:00 radələrində Masallı rayonu ərazisində 3 ədəd çöl ördəyi və 1 ədəd gərəf növlü quşları vurmaqla ov qaydalarını kobud şəkildə pozmuş, yəni qadağan olunmuş yerdə ov etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı C.Əbülfəzli tərəfindən 14 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, bir səhvdir etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu ərazisində üç ədəd ördək və bir ədəd gərəf olmaqla dörd ədəd çöl quşu ovlamışdır. Bununlada ov qaydalarını pozmuşdur. Ovçuluq bileti, ov silahının sənədləri vardır, bircə lisenziyası olmamışdır. Oğlu hərbi xidmətdədir, himayəsində ağır xəstəsi vardır. Məhkəmədən ona köməklik göstərilərək cərimə onunmamasını xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işi başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi yarandığından barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 16 kalibrli, Q/L İJ-58 markalı, 35946 nömrəli ov tüfəngi, 36 ədəd patron, 1 ədəd ördək maketi, 1 ədəd termus, bir ədəd yağmurluq və ovladığı 03 ədəd ördək və 01 ədəd gərəf növlü çöl quşları maddi sübut kimi tanınması və Masallı RPŞ-nin İTB-nə verilməsi, Qərarın surəti maraqlı tərəfə göndərilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə ov etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Şəxs 16 kalibrli, Q/L İJ-58 markalı, 35946 nömrəli, qoşalüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi ilə bağlı R-43/23 saylı şəhadətnaməsi və 1124 nömrəli ovçuluq bileti vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı, işə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol, xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır; Şəxs inzibati məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində 1 ədəd 16 kalibrli, Q/L İJ-58 markalı, 35946 nömrəli, qoşalüləli ov tüfəngi, 36 ədəd patron, 1 ədəd ördək maketi və 03 ədəd ördək, 01 ədəd gərəf olmaqla 04 ədəd çöl quşları dövlət nəfinə müsadirə edilməklə onun 1000 (bir min) manat məbləğində cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 1 ədəd 16 kalibrli, Q/L İJ-58 markalı, 35946 nömrəli, qoşalüləli ov tüfəngi, 36 ədəd patron, 1 ədəd ördək maketi və 03 ədəd ördək, 01 ədəd gərəf olmaqla 04 ədəd çöl quşları dövlət nəfinə müsadirə edilsin və o, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra 1 ədəd termus və 1 ədəd yağmurluq Şəxs geri qaytarılsın. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar