Məhkəmə qərarları › İş №3(050)-74/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-74/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-74/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1986-cı ildə Masallı rayonu, Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Sığdaş kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən, Masallı rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(050)- 1792/2020 nömrəli icra sənədinə əsasən Şəxs 20 iyul 2020-ci il tarixdən başlayaraq 31 avqust 2016-cı il təvəllüdlü X5, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Lakin borclu Şəxs icra sənədləri üzrə yaranmış borcunu üzürsüz səbəbdən icra etməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(050)-1792/2020 nömrəli icra sənədinə əsasən ondan 20 iyul 2020-ci il tarixdən başlayaraq 31 avqust 2016cı il təvəllüdlü X5, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməsinə etiraz etmir. Hazırda 3200 manat borcu qalmışdır. Hazırda həmin borcdan 300 manat ödəmişdir. Bundan əlavə aylıq aliment borcu ilə yanaşı əlavə ödənişlər edərək borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Hal-hazırda heç bir yerdə işləmədiyindən borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir ədalətli qərar qəbul edilsin. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(050)- 1792/2020 nömrəli icra sənədinə əsasən Şəxs 20 iyul 2020-ci il tarixdən başlayaraq 31 avqust 2016-cı il təvəllüdlü X5, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. Şəxs hazırda 3200 manat borcu qalmışdır. Bundan başqa qalan borcunu hazırda işləmədiyi üçün ödəyə bilmir. İmkanı olduqca hər ay ödədiyi alimentlə yanaşı əlavə ödəniş edərək qalıq borcunu ödəyəcəyinə söz verir. Həmçinin əlavə olaraq hazırda 300 manat borcundan ödəmişdir. Protokolun tərtib edilməsinə səbəb tələbkarın qalıq borcunu tam tələb etməsidir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərmişdir ki, Masallı rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(050)-1792/2020 nömrəli icra sənədinə əsasən Şəxs 20 iyul 2020-ci il tarixdən başlayaraq 31 avqust 2016-cı il təvəllüdlü X5, 17 oktyabr 2017-ci il təvəllüdlü X1 və 20 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Şəxs ona hazırda 3200 manat aliment borcu vardır. Hazırda 300 manat borcundan ödəmişdir. Ödəniş edilməsinə baxmayaraq qalıq qalmış məbləğin ödənilməsini tələb edir. Məhkəmə borclunu, tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati araşdırma ilə əlaqədar icra işi öyrənilmiş və müəyyən olunmuşdur ki, 26 noyabr 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, təlləbin könüllü icrası haqqında Şəxs bildiriş göndərilmiş, onun adında daşınmaz əmlak və ya avtomobil, bank hesabının olub-olmaması, eləcə də müavinət alıb-almaması barədə sorğular göndərilmiş, adına əmlak və bank hesabının, nəqliyyat vasitəsinin, eləcə də müvinətin olması müəyyən olunmamışdır. İcra işinin materiallarından görünür ki, icra şöbəsi tərəfindən Şəxs barəsində borclunun məcburi gətrilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Beləliklə icra işindən müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, həmin maddəyə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, həmin maddədə göstərilən əməlin törədilməsi üçün icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Lakin inzibati icraat haqqında materiallara əsasən məlum olur ki, Şəxs sosial, maddi və ailə vəziyyətinə görə maddi imkanı çatan qədər aliment borcundan ödəniş etməyə etiraz etmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar