Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-748/2024 28.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-cı ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı Rayon Polis şöbəsinin inzibati binasında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs xx.xx.2024-cü Masallı Rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü ii tarixdə saat 12 radələrində Masallı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid icraatında olan xx.xx.2024-cü il tarixli, HK-1/752 saylı materialın icrası ilə bağlı RPŞ-in inzibati binasında Qədirli kənd sakinləri X8, X9, Şəxs, X5 və X3 izahatları alındıqdan sonra xidməti otaqda həmin şəxslər uca səslə aparılan araşdırmadan narazı olduqlarını bildirib, hay-küy salmışlar. Dəfələrlə onları nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərinə davam edərək, RPŞ-in Növbətçi hissənin qarşısında hay-küy salaraq, küçə söyüş işlədərək Növbətçi hissəsnin və inzibati binada xidmətdə olan digər polis əməkdaşlarının iş fəaliyyətini pozmuşdular. Onlara yaxınlaşan polis əməkdaşları dəfələrlə adları qeyd olunan şəxsləri nizam-intizama dəvət etsələrdə, onlar öz qanunsuz hərəkətlərinə son qoymayıb, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq, ünvansız söyüş söyürmüşlər. Göstərilən səbəblərdən barəsində protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid icraatında olan, xx.xx.2024-cü il tarixli, HK-1/752 saylı material üzrə o və həmkəndliləri X8, X9, X5 və X6 izahatlarının alınması üçün Masallı RPŞ-yə dəvət edilmişdilər. Araşdırmanın düzgün aparılmaması səbəbindən əsəbiləşərək ünvansız söyüşlər söyməyə başlamışdılar. Həmin vaxt onları nizam-intizama dəvət edən polis əməkaşlarının qanuni tələblərinə tabeçilik göstərməyərək, hüquqa zidd hərəkətlərinə davam etdirmişlər. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid izahatında göstərdi ki, xx.xx.2024-cü ii tarixdə saat 12 radələrində icraatında olan xx.xx.2024-cü il tarixli, HK-1/752 saylı materialın icrası ilə bağlı RPŞ-in inzibati binasında Qədirli kənd sakinləri X8, X9, Şəxs, X5 və X3 izahatları alındıqdan sonra xidməti otağında həmin şəxslər uca səslə aparılan araşdırmadan narazı olduqlarını bildirib, hay-küy salımışlar. Dəfələrlə onları nizam-intizama dəvət etsə də, onun qanuni tələblərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərinə davam etdirmişlər. Bundan sonra həmin şəxslər RPŞ-in Növbətçi hissənin qarşısında hay-küy salaraq, söyüşişlədərək Növbətçi hissəsnin və inzibati binada xidmətdə olan digər polis əməkdaşlarının iş fəaliyyətini dayandırmışlar. Onlara yaxınlaşan polis əməkdaşları dəfələrlə adları qeyd olunan şəxsləri nizam-intizama dəvət etsələr də, lakin onlar öz qanunsuz hərəkətlərinə son qoymayıb, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız küçə söyüşlər söymüş, bu səbəbdən raportla şöbə rəisinə məruzə etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixli, seriya MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı, protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyətini yüngüləşdirilən və ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarix, saat 14:00-da tutulmuş; xx.xx.2024-cü il tarix, saat 10:00-da azad edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Ağayev X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-748/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-748/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver