Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-753/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxx 1972-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmammış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş 01 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı rayon Boradigah qəsəbəsində və Masallı rayonu Bədəlan kəndində yerləşən “OBA” marketlərdən ümumi dəyəri 68 manat dəyərində kərə yağı oğurlanmışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan oğurluq yolu ilə özgənin əmlakını talama inzibati xəta hərəkətini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, O, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə o, Səfərli Ceyhun və Rəhman Cəbrayılovla birlikdə tanışları Rəhmanın işlərində ona kömək məqsədilə Masallı rayonuna gəlmişlər. Pulları olmadığına görə o, Səfərli Ceyhun və Rəhman Cəbrayılov birlikdə marketlərdə oğurluq etmək qərarına gəlmişlər. Masallı rayonu, Bədəlan kəndində yerləşən OBA marketindən 19 manat dəyərində olan 1 kq kərə yağını Ceyhun Səfərov oğurlamışdır. Sonra o, Masallı rayon Boradigah qəsəbəsində yerləşən OBA marketdən dəyəri 30 manat olan 2 ədəd 1 kq kərə yağı oğurlamışdır. Daha sonra o, Boradigah qəsəbəsində olan digər “OBA” marketinə girib dəyəri 19 manat olan 1 kq kərə yağı oğurlayıb maşına minən zaman marketin işçisi onların olduqları avtomobilə yaxınlaşaraq oğurluq etdiyi üçün onu marketə dəvət etmişdir. Həmin vaxt üzərində olan 1 kq olan kərə yağını köynəyinin altından çıxarıb ona təqdim etmişdir. Həmin şəxs onun barəsində polisə zəng edib şikayət etmişdir. Polis əməkdaşları gəlib, onları polis bölməsinə aparmışlar. Onlar polis əməkdaşlarına 4 ədəd kərə yağını Boradigah qəsəbəsinin ərazisindən oğurlamaqlarını demişlər və həmin 4 edədə kərə yağlarını təhvil vermişlər. Hazırda törətmiş olduğu əməldən səmimi olaraq peşmançılıq hissi keçirir bir daha belə səhvə yol verməyəcəyini söz verir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. İşdə olan Masallı RPŞ-nın TB-nın baş təhqiqatçısı polis mayoru Nəsimi Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilərək Şəxs X1 və Şəxs İXM-nın 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Yasin Kazımov tərəfindən 01 aprel 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli onun özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə inzibati qaydada həbs edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,115,128,129 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli onun tutulduğu yəni, 31 mart 2024-cü il tarixdən, saat 19:30-dan hesab edilsin. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya bilavsitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Habil Bəhmənov.
Məhkəmə qərarları › İş №3(050)-753/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-753/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver