Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-754/2024 01.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Şəki rayonu, Baş Göyük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində və Bədəlan kəndində yerləşən OBA marketlərdən ümumi dəyəri 68 (altımış səkkiz) manat olan kərə yağını oğurlayaraq xırda talama əməlləri törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Yasin Kazımov tərəfindən 01 aprel 2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Bakı şəhərində yaşayır və orada da taksi fəaliyyəti ilə məşğul olur, həmin şəxsləridə 20 Yanvar dairəsində müştəri kimi tanımışdır. Onlar orada iş axtaran kimi dururlar və işləri olduğu zaman o, həmin şəxsləri iş alətləri ilə birlikdə işləyəcəkləri ünvanlara aparmışdır. Masallı rayonu Hişkədərə kəndində yerləşən evinə uzun müddət gəlmədiyi üçün gedib evə baxmaq və həyətdə təmizlik işləri görmək məqsədi ilə 20 Yanvar dairəsindən çıxıb evinə gəlmək istədiyi zaman həmin şəxslərdə işlərinin olmadığı deyib onunla birlikdə getməyi və ona aparacağı təmizlik işlərində kömək edəcəklərini dedikləri üçün onlarla birlikdə Masallı rayonuna gəlmişdir. Masallı rayonunda olduqları zaman həmin şəxslər ona mağazanın qarşısında saxlamasını mağazadan su almaq istədiklərini dedikləri üçün oda maşını saxlamışdır. Həmin şəxslərdə mağazaya girib birqədər sonra çıxmışlar. Lakin onların mağazadan oğurluq etmələrini bilməmişdir. Marketin işçiləri gəlib həmin şəxsləri tutduqdan sonra onların marketdən yağ oğurladıqlarını bilmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Həmin şəxslər əvvəldə onun idarə etdiyi maşının yük yerinə selofan torbada nəsə qoymuşlar. Marketin əməkdaşları həmin şəxsləri tutduqları zaman həmin selofan torbadada yağ olduğunu bilmişdir. O, həmin şəxsləri marketdən oğurluq edəcəklərini qabaqcadan bilməmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, OBA marketdə administrator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə OBA market MMC-nin başqa bir mağazasında işləyən Nəsrulla adlı əməkdaş işçi qrupuna mağazadan oğurluq olması ilə bağlı məlumat paylaşdığı üçün oda müşahidə kameralarının çəkilişlərinə baxmış və işlədiyi mağazadan kərə yağı oğurlanmasının şahidi olmuşdur. Lakin hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsi oğurluq edərkən görməmişdir. Rəhman adlı şəxsi mağazanın müşahidə kameralarına baxdığı zaman idarə etdiyi maşının yanında görmüşdür. Eləcədə həmin şəxsi polis şöbəsində görmüşdür. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, OBA marketdə administrator vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə OBA market MMC-nin başqa bir mağazasında işləyən Nəsrulla adlı əməkdaş işçi qrupuna mağazadan oğurluq olması ilə bağlı şəkilləri atdıqdan sonra oda müşahidə kameralarının çəkilişlərinə baxmış və iki nəfər şəxsin mağazadan kərə yağı oğurladığını görmüşdür. Lakin hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsi oğurluq edərkən görməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsdən şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, OBA marketdə administrator vəzifəsində işləyir. Mağazada olduğu zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Daha sonra mağazada olan müşahidə kameralarının çəkilişlərinin təkrarına baxmış və bu zaman bir nəfər şəxsin oğurluq etdiyini görmüşüdür. Dərhal həmin şəxsin arxasıyca getmiş və həmin şəxsin hazırda barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsi idarə etdiyi maşına tərəf getdiyini görmüş və qaçaraq həmin şəxsi tutmuşdur. Daha sonra həmin şəxsi iş yoldaşına verib onu mağazanın daxilinə aparmasını xahiş etmişdir. Özü isə Rəhmana maşının yük yerini açmasını demişdir. Lakin o, maşının yük yerini açmamış və həmin vaxt üçüncü bir şəxs gəlib maşına oturmuş və onlar birlikdə qaçmışlar. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Rəhman adlı şəxsdən şikayəti yoxdur. Oğurlanmış yağlar hazırda polis şöbəsində saxlanılır və iş bitdikdən sonra qaytarılacaqdır. İşdə olan 31 mart 2024-cü il tarixli Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ Boradigah PB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-754/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-754/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver