Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-757/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 17 may 2023-cü il tarixdə saat 17 radələrində Masallı rayonu, Qızılağac kəndində polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində RPŞnin İTB-nin polis sahə rəisi polis kapitanı Orxan Balakişiyev və sahənin polis nəfəri polis serjantı Rafael Qənbərovla birlikdə Masallı rayonu, Qızılağac kəndi ərazisində xidmətdə olduqları zaman xx.xx.2023-cü il tarixdə aliment öhdəliyindən yayındığı üçün barəsində axtarış işi açılmış Şəxs yaşadığı evin qarşısında sonuncunu görüb ona yaxınlaşmışdılar. Özlərini təqdim edərək aliment öhdəliyindən yayındığı üçün axtarışda olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər, Şəxs səs- küy salaraq qaçmağa cəhd etmiş, onu nizamintizama dəvət edərək, Masallı RPŞ-yə dəvət etsələrdə, o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Masallı rayonu, Qızılağac kəndindəki evində olduğu zaman polis əməkdaşları həyət gəlmiş, xx.xx.2023-cü il tarixdə aliment öhdəliyindən yayındığı üçün barəsində axtarış işi olduğunu bildirib onu Masallı RPŞ-yə dəvət etmək istədikdə, qorduğu üçün qaçmağa cəhd etmiş, onu nizam-intizama dəvət edərək, Masallı RPŞ-yə dəvət etsələrdə, o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Etdiyi əmələ görə peşmançılıq hissi keçirir. Bir daha belə bir hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin YYÇ PİTQ-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində RPŞ-nin sahə rəisi polis kapitanı X4 və RPŞ-nin sahə polis nəfəri polis serjantı X3 ilə birlikdə Masallı rayonu, Qızılağac kəndi ərazisində xidmətdə olduqları zaman xx.xx.2023-cü il tarixdən mülki öhdəlikdən yayındığı üçün barəsində axtarış işi açılmış, Masallı rayonu, Qızılağac kənd sakini Şəxs yaşadığı evin qarşısında görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim edib mülki öhdəlikdən yayındığı üçün axtarışda olduğunu bildirərək onu Masallı RPŞ-yə dəvət etmişlər. Lakin Şəxs səs-küy salaraq qaçmağa çalışmış, həmin vaxt onlar Şəxs nizam-intizama dəvət edib RPŞ-yə dəvət etsələr də, o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərinə davam etmişdir. Hərəkətlərinin davamlı olduğunu görüb Şəxs RPŞ-yə gətirmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən 17 may 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını, 2 azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngüləşdirilən hallar kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 may 2023-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, 2 azyaşlı uşağının olmasını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-757/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-757/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver