Məhkəmə qərarları › İş №3(050)-757/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-757/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-757/2024 16.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Masallı şəhəri ünvanında yerləşən "Maqna" reklamları obyektinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, 18 mart 2024-cü il tarixdə Masallı şəhərində yerləşən obyektlərin üzərində açıq məkanda yayımlanan "Maqna" reklamları yayıcısı "xxxx" MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarəti həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında icra olunmamışdır. Bu hərəkəti ilə "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, nümayəndəsinin gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işdə olan 000054 nömrəli “yazılı göstərişin”dən görünür ki, "xxxx" MMC-yə reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında işdə olan 15 fevral 2024-cü il tarixli, 000054 nömrəli aktdan görünür ki, "xxxx" MMC-nin Masallı şəhəri ünvanında yerləşən "Maqna" reklamları obyekti tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X6 İdarəsinin müfəttişləri və "xxxx" MMC-nin Masallı şəhəri ünvanında yerləşən "Maqna" reklamları obyektinin nümayındəsinin iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 18 mart 2024-cü-cü il tarixli, 01 nömrəli baxış aktdan görünür ki, X6 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X2, X1 və "xxxx" MMC-nin nümayəndəsinin iştirakları ilə 15 fevral 2024-cü il tarixli, 000054 nömrəli akt və icrası məcburi göstərişin icrasının vaxtı 26 fevral 2024-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 18 mart 2024-cü il tarixli "İmtina aktı"nın surətindən görünür ki, "xxxx" MMC-nin Masallı şəhəri ünvanında yerləşən "Maqna" reklamları obyektində açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" sahibkar "xxxx" MMC-nin nümayəndəsi tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, "xxxx" MMC hüquqi şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Masallı şəhəri ünvanında yerləşən "Maqna" reklamları obyekti müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. "xxxx" MMC-nin təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. "xxxx" MMC-nin inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə "xxxx" MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar