Məhkəmə qərarları › İş №3(050)-762/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-762/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-762/2023 31.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-xx xxxxx 1987-ci ildə Masallı rayonu Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Binə Xocavar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirlməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 14 may 2023-cü il tarixdə saat 10:00 radələrində “Qazel” markalı ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı prospekti ərazisində idarə edərəkən, sürücü təhlükəsizliyi kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalı ilə təchiz etdiyindən YPX-in əməkdaşları tərəfindən saxlanılmışdır. Bu barədə 14 may 2023-cü il tarixli, AP ******* saylı inzibati protokol tərtib edilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsidə göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı rayonu, Binə Xocavar kəndində yaşayır 14 may 2023cü il tarixdə saat 10:00 radələrində özümə məxsus “Qazel” markalı ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı prospekti ərazisində idarə edərəkən, təhlükəsizliyi kəmərindən istifadə etmədiyi üçün YPX-in əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomobildə xüsusi (çoxavazlı) səs siqnalı aşkar olunmuş və akt tərtib olunaraq avtomobili Masallı rayonu Polis şöbəsinin müvəqqəti mühafizə olunan duracağına aparılmışdır. Daha sonra avtomobildə olan səs siqnalı sökülərək avtomobildən çıxarılmış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən AP ******* saylı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tərtib olunmuş protokol əsasında barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Masallı RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi məlumat verilməsinə baxmayaraq YPX əməkdaşları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşə əlavə olunmuş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, 14 may 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Qazel” markalı ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Masallı RPŞ-nin müvəqqəti mühafizə olunan duracağına yerləşdirilmişdir. İşə əlavə olunmuş aktdan görünür ki, Şəxs idarə etdiyi “Qazel” markalı ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa gətirildikdən sonra, orada avtomobildən hal şahidlərinin iştirakı ilə çox avazlı səs siqnalı açılaraq götürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbiri görülməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlik dərəcəsini və şəxsiyyətini, nəzərə alaraq inzibati tənbeh növündə maddənin sanksiyanında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş səs siqnalı müsadirə edilməklə cərimə edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilərlər. Sədrlik edən:Habi Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar