Məhkəmə qərarları › İş №3(050)-769/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-769/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-769/2025 11.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 fevral 2025-ci il tarixli, EQ 25918982 saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X2 məhkəməyə şikayətlə müraciət edərək barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin inzibati tənbeh vermə haqqında 05 fevral 2025-ci il tarixli, EQ 25918982 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 izahatında göstərdi ki, **-XA-*** dövlət qeydiyyat nömrə nişanlı yarımqoşulu nəqliyyat vasitəsi ilə 05 fevral 2025-ci il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşdirdiyi elektron tərəzidə artıq tonajla bağlı cərimə olunmuşdur. Barəsində nəqliyyat vasitəsi ilə icazə verilən çəki və yüklə birgə kütlə paramaterlərinin aşılması qeyd olunsa da, o yola çıxdığı zaman 40.780 kq çəki ilə çıxmışdır. Bununla bağlı sübut olaraq əlində 83333 nömrəli “Tərəzi qəbzi” və tərəzinin düzgün işlədiyini əks etdirən sertifikat da mövcuddur. Lakin cərimə olunduğu çəki 42570 kq göstərilmiş və onun tərəzidən çıxdığı çəki ilə cərimələndiyi çəki arasında 1790 kq fərq vardır. Birinci Gəndovdakı tərəzidə çəki 42.570 kq göstərilsə də, 58 dəqiqə sonra saat 15:54-də Giləzidə yerləşən ikinci tərəzidə ona cərimə tətbiq olunmamışdır. Bununla bağlı AYNA-ya etdiyi müraciətində ikinci keçdiyi tərəzidə yükünün nə qədər olması ilə bağlı ona rəsmi şəkildə məlumat verilməsini istəmiş, lakin ona gələn cavab məktubunda bu barədə məlumat əks etdirilməmişdir. Onların tərəzisinin həmin vaxt düzgün işləyib-işləmədiyini bilmək üçün 64 km sonra Giləzi kənd ərazisində olan elektron tərəzidən saat neçədə keçdiyini və ona ikinci təzədiə olan çəkisi barədə məlumat verilməsini dəfələrlə istəsə də, ona təqdim edilməmişdir. Onlayın və yaxud çağrı mərkəzinə ünvanladığı müraciətlərdə ona ikinci tərəzidə olan çəkisi barədə məlumatlar təqdim olunmur. Məsələ ilə bağlı 141 çağrı mərkəzinə və yaxud onların nömrələrinə zəng etdiyi zaman yalnış məlumat verərək “Biz baxmırıq, X4 nəzarətindədir” deyə məlumat veriblər. Məsələnin araşdırılması ilə bağlı Baş Prokurorluğa və digər əlaqəli ünvanlarada şikayət etmişdir. Qərardan şikayət vermə müddətinin ötürmə səbəbi ondan ibarətdir ki, ona məlumaların təqdim olunmasından ötrü müraciətlər etmiş, bununla bağlı müvafiq cavabların gəlməsini gözləmiş buda müəyyən vaxt itkisinə səbəb olmuşdur. Qərarın surətini məhkəmə vasitəsi ilə xx.xx.2025-ci il tarixdə əldə etmiş, bu səbəbdən də hazırda ləğvi ilə bağlı müraciət etmək imkanı yaranmışdır. Odur ki, həmin qərarın ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-in BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə DİN-in BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 5 saylı MMC-nin tərəzi qəbzindən görünür ki, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05 fevral 2025-ci ildə, saat 14:21-də çəkisi 40780 kq olmuşdur. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin M-1 Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu km-də (Bakı istiqaməti), Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən elektron tərəzidən ötürülən məlumatdan görünür ki, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05 fevral 2025-ci ildə, saat 14:21-də çəkisi 42570 kq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 14 mart 2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı, "DAF” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5 fevral 2025-ci il tarixində saat 14:56 rədələrində M -1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu km-də (Bakı istiqaməti) və 5 fevral 2025-ci il tarixində saat 15:54 rədələrində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci km-də (Bakı istiqaməti) yerləşən elektron tərəzilərdən keçmiş və ötürülən məlumatlar nəticəsində real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarıldığı məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bildiririk ki, elektron tərəzilər müvafiq qaydada yoxlanılmış və “ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə" alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən Qabarit və Çəki Parametrləri” avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. Belə ki, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi kütləsi (çəkisi) müəyyən edilmiş 40000 kq-lıq həddi aşmamalıdır. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 125.2. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. İnzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göründüyü kimi, hazırki xəta foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülmüş və inzibati xətanı törətmiş Kənan Kərimzadənin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Qeyd olunan Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini Kənan Kərimzadənin özünü müdafiə kimi qiymətləndirir, mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda K.Kərimzadə özü də ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə yəhərli avtoqatarlar üçün icazə verilən ümumi kütləsi (çəkisi) müəyən edilmiş 40000 kq-lıq həddi aşmasını, yəni 40780 kq olmasını şikayətində və məhkəmədə etiraf edərək qeyd olununan maddəyə əsasən idarə etdiyi nəqliyyat vasitəsinə icazə verilən çəkinin 42000 kq-a qədər olmasını, bu səbəbdən də 05 fevral 2025-ci il tarixli, EQ 25918982 saylı qərarın əsassız olduğunu bildirərək ləğv edilməsini xahiş etmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Kənan Kərimzadənin idarə etdiyi "DAF” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 05 fevral 2025-ci il tarixdə, saat 14:56 rədələrində M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129-cu km-də (Bakı istiqaməti), Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən elektron tərəzidən keçərkən çəkisi 42570 kq olmuş və bununla da o, İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, K.Kərimzadənin Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 05 fevral 2025-ci il tarixli, EQ 25918982 saylı qərarından vermiş olduğu şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-in inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-in 05 fevral 2025-ci il tarixli, EQ 25918982 saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar