Məhkəmə qərarları › İş №3(050)-773/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-773/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-773/2025 19.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən 1000 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, Masallı rayonu, Xırmandalı kəndində yaşayır və özünə məxsus heyvan təsərrüfatı vardır. Oda heyvanlarını hər gün otlaq sahəsinə apararaq otarır və bu zaman kəndin ərazisində vəhşi heyvanlar çox olduğu üçün özünü qorumaq məqsədi ilə üzərində ov silahı gəzdirir. Ov silahını gəzdirməkdə məqsəd həm özünün həmdə heyvanların təhlükəsizliyini təmin etməkdir. Çöl ərazilər qamışlıq və bataqlıq olduğu üçün mütəmadi olaraq vəhşi heyvanlar oraya toplaşır və heyvanlara hücum edirlər. Onlar otlaq sahələrinin müəyyən hissəsi “Qırmızıkənd” milli parkının ərazisinə düşür və onlarda mütəmadi olaraq heyvanlarını həmin ərazidə otarırlar. xx.xx.2025-ci il tarixdə yenədə heyvanları otlamaq üçün kəndin otlaq sahəsinə aparmış, həmin vaxt üzərində tüfəngi olmuşdur. Lakin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona yaxınlaşaraq guya ov etməsini göstərməklə onun barəsində inzibati protokol tərtib etmişlər. Halbuki, o, heç bir ov etməmiş, ov üçün üzərində hər hansı xüsusi geyim və qablaşdırma olmamışdır. Sadəcə çiynində tüfəng olmuş və özünü qorumaq üçün həmin tüfəngi üzərində gəzdirmişdir. Əgər o, ov etmiş olsaydı o zaman ovladığı quşlarda ən azından onun üzərində olardı, həmin quşların və ya heyvanların şəkili olardı. Hazırda heç bir sübut olmadan onun qanunsuz ov etməsi barədə protokol və qərar qəbul etmişdir. Protokolda göstərilir ki, o, qanunsuz ov edərkən saxlanılmış, əgər bunu etmişsə bununla bağlı həmin əməkdaşlar fotoşəkil və ya videoçəkiliş təqdim edərdilər. Hazırda müasir dövrdür və bütün xətaları mobil və ya digər cihazlar vasitəsi ilə müəyyən etmək, qeydə almaq mümkündür. Həmin orqanın əməkdaşları heç bir sübut olmadan onun barəsində protokol tərtib etmişlər. Ov qaydalarının aparılması haqqında Nazirlər Kabinetinin qaydalarında ov dedikdə quşların izlənilməsi, vurulması, təqib edilməsi başa düşülür, o, həmin əməllərin heç birini törətməmiş, törətmədiyi üçündə onun əməlində İXMnin 272-1-ci maddəsinin tərkibi yarana bilməz. Həmçinin, ümumiyyətlə onun qanunsuz ov etməsini sübut etmək yükü inzibati protokol tərtib etmiş orqanın əməkdaşlarının üzərinə düşür. Lakin protokolda və qərarda hər hansı sübut barədə qeydiyyat mövcud deyildir. İnzibati xəta aşkara çıxarılarkən ən azından 2 nəfər hal şahidi olmalıdır, yadaki xüsusi texniki vasitə olmalıdır. Hazırkı qərardan görünür ki, inzibati xətanın hansı vasitə ilə aşkara çıxarılması müəyyən olunmamışdır. Həmin məqamlar şübhəli hallardır və şübhələr onun xeyrinə həll olunmalıdır. O, kasıb adamdır, heyvan otarmaqla, süd satmaqla ailəsini dolandırır, o, heç vaxt ovla məşğul olmur, himayəsində 4 uşağı var, 3 uşağı universitetdə oxuyur, bir uşağı azyaşlıdır. Hazırda onun barəsində qərəzli olaraq və qanunsuz olaraq inzibati cərimə tətbiq olunmuşdur. O, qeyd olunan inzibati xətanı törətməmiş və özünü təqsirli bilmir. Sübut etmə yükü inzibati orqanın üzərinə düşür, həmin orqan sübut etməlidir ki, o, həqiqətən qeyd olunan inzibati xətanı törətmişdir. Quşların vurulması barədə heç bir maddi sübut belə yoxdur, varsa protokol və qərara əlavə olunardı, əgər olmuş olsaydı o zaman polis əməkdaşlarıda bununla bağlı araşdırma aparmış olardı. Lakin polis orqanlarında heç bir araşdırma aparılmamışdır. Göründüyü kimi sübut olmadığı üçün hesab edir ki, iş üzrə icraata xitam verməlidir. Qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə heyvanlarını otlaq sahəsinə aparmışdır. Çöl əraziləri qamışlıq və bataqlıq olduğu üçün çaqqal və canavar çox olur və göz görə-görə mal-qaraya hücum çəkir. Könhə bir ov tüfəngi olmuş və o, həmin ov tüfəngini özünü və heyvanlarını müdafiə etmək məqsədi ilə özü ilə götürmüşdür. Otlaq sahəsində heyvanları otardığı zaman idarənin əməkdaşları onu çağırmışlar o, həmin şəxslərin kim olduğunu bilməmiş, lakin onların yanına gəldikdən sonra həmin şəxslər vəsiqələrini təqdim edərək idarənin əməkdaşları olduqlarını bildirmişlər, sonra tüfəngini ondan almışlar və onu cərimələmişlər. O, kasıb adamdır, heyvan otarmaqla, süd satmaqla ailəsini dolandırır, o, heç vaxt ovla məşğul olmur, himayəsində 4 uşağı var, 3 uşağı universitet oxuyur, bir uşağı azyaşlıdır. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, əgər vətəndaşın əlində hər hansı bir ov olmus olsaydı, məsələn quş ovlamış olsaydı, o zaman həmin quşa görə təbiətə dəymiş ziyan hesablanır və 2000 manat cərimə olunur. Üzərində sənədsiz silah olduğu üçün 1000 manat cərimə olunmuşdur. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən X4 06 fevral 2025-ci il tarixdə Şirvan Milli Parkı “Qırmızıkənd” Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ov edərkən saxlanılmış və buna görə fiziki şəxs qismində Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə 1000 manat inzibat qaydada cərimə edilmişdir. Məhkəmə şikayətçinin barəsində tənbeh qərarının buna səlahiyyəti çatmayan orqan tərəfindən qəbul edilməsi ilə bağlı göstərdiyi dəlillərlə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İXM-nin 272-1-ci maddəsi ilə şəxsin barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinin olmamasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin maddə ilə tərtib edilmiş protokollara baxılaraq müvafiq tənbeh vermə qərarının qəbul edilməsi məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334- 1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351- 1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538- 1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati materaiala baxılma səlahiyyəti məhkəməyə aid olmasına baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi səlahiyyəti olmadan həmin maddə ilə X4 barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş, nəticədə Elnur İsmayılov səlahiyyəti olmayan şəxs tərəfindən əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə 1000 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən İXM-nin 272-1-ci maddəsi ilə Elnur İsmayılovun barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra baxılması üçün aidiyyati üzrə müvafiq məhkəməyə göndərməli idi. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qərar səlahiyyəti çatmayan orqan (vəzifəli şəxs) tərəfindən qəbul edildiyindən şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə qərarın ləğv edilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir; Məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə nəticəyə gəlir ki, mübahisləndirilən qərar səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Bu səbəbdən həmin qərar ləğv olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması qənaətinə gəlinərsə, protokol tərtib edərək baxılması üçün müvafiq Rayon (Şəhər) Məhkəməsinə göndərilməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin orqana inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün müvafiq Rayon (Şəhər) Məhkəməsinə göndərilməsi izah edilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar