Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-784/2024 05.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 10-cu korpus, ev 2-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-106/2023 saylı, 25 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 17.405 manat məbləğində əsas borc, 2.232,99 manat məbləğində faiz borcu, 220 manat məbləğində cərimə borcu və 210 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20.067,99 (iyirmi min altmış yeddi manat, doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq “AccessBank’’ QSC-yə ödənilməsi qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-106/2023 saylı, 25 yanvar 2023cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 müştərək qaydada 17.405 manat məbləğində əsas borc, 2.232,99 manat məbləğində faiz borcu, 220 manat məbləğində cərimə borcu və 210 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 20.067,99 (iyirmi min altmış yeddi manat, doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq “AccessBank’’ QSC-yə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclunun ölkədən gütmə hüququ məhdudlaşdırılmış, barəsində axtarış elan edilmişdir. Eyni zamanda icra sənədi üzrə digər borclu X2 aldığı əmək haqqına tutma yönəldilmişdir. Borclu Şəxs icra vərəqəsinin icraata daxil olduğu zamandan bu günə kimi müəyyən ödənişlər etmiş olsada da, hazırda borclunun öhdəliyi üzrə 17502.28 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə yaranmış borcundan hissəhissə ödənişlər etmişdir. Bu gündə 1000 manat ödəmişdir. Bundan sonrada yaranmış borcunu ***-**** manat olmaqla hissə-hissə ödəyəcəkdir. Ona zamin olmuş X1 hər ay tutulan 200 manat pul məbləğini də həmin şəxsə qaytarır. Barəsində məhdudiyyət və axtarış elan olunduğu üçün hansısa şirkətdə onu işə qəbul etmirlər, səbəb isə barəsində axtarış olmasıdır. Bu səbəbdən də taksi fəaliyyəti ilə məşğul olur ki, borclarını ödəsin. Lakin polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində axtarış elan olunduğu bildirilmiş və Masallı rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Əgər barəsində olan axtarış tədbiri götürülsə o zaman şirkətlərin birində özünə iş tapacaq və yaranmış borcunu daha da tez ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-784/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-784/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver