Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-786/2025 25.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Masallı rayonu, Güllütəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 17 mart 2025-ci il tarixdə tərtib edilmiş seriya İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 mart 2025-ci il tarixdə Masallı rayonu ərazisində “VAZ 2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 16 mart 2025-ci il tarixdə Masallı rayonu ərazisində “VAZ 2106” minik markalı, **-BM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan spirtli içki iyi gəldiyini bildirərək, alkotester müayinəsindən keçirilmiş və müayinə nəticəsində guya onun nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkar olunmuşdur. O, polis əməkdaşlarına inanmamış dərhal Lənkəran rayonlararası narkoloji xəstəxanasına getmiş və həkim müayinəsindən keçmiş və onda sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Alkotestrin nticəsini əks etdirən kağız daşıyıcı etirafedici ifadə ilə bağlı onu deyə bilər ki, həmin yazını ona məcburi yazdırmışlar. Eləcə də videogörüntüdə olan etirafedici ifadələri məcburiyyət qarşısında qalıb vermişdir. Göstərilənləri nəzərə alaraq, barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasındakı izahatında göstərdi ki, Şəxs 16 mart 2025-ci il tarixdə “VAZ 2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş, vətəndaş alkotesterin nəticəsi ilə tanış olmuş və razı olaraq kağız daşıyıcısına imza çəkmişdir. Vətəndaşa həkim müayinəsindən keçməsini təklif etsələr də, bundan imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsindən əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0,418% promildə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağızdaşıyıcıda Şəxs tərəfindən kiril əlifbası qrafikasında “bir ədəd go içmişəm nəticə ilə razıyam birdə içib maşın sürməyəcəm” imza və qeydi aparmışdır. xx.xx.2025-ci il tarixli, 000362 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs öz şəxsi təşəbbüsü ilə tibbi müayinədən keçmiş, müayinə alkotesterlə aparılmış və rəydə “ayıqdır, alkoqoldan sərxoşluq əlaməti yoxdur” qeydi aparılmışdır. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotester müayinəsindən keçirilmiş, nəticə ilə tanış edilmiş və qeydiyyat aparmışdır. Belə ki, CD diskə baxış keçirilən zaman Şəxs polis tərəfindən sorğu sual edilən zaman əvvəlcə içmədiyini bildirsə də, daha sonra pivə içdiyini, sonda alkotestrin nəticəsinə qeyd aparılan zaman go içdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 468 saylı məktubda göstərilmişdir ki, vətəndaşın ilkin alkoqol sərxoşluq dərəcəsinin təyini üçün aparılan müayinənin nəticəsi təkrar olaraq bir və bir neçə saat keçdikdən sonra aparılan müayinənin nəticəsi ilə uyğun gəlməyə bilər. Tibbi nöqtəyi nəzərdən izah edilə bilər ki, orqanizmin bioloji mühitinə tibbi müdaxilə etdikdə, o cümlədən detoks olunmaqla sidik qovucu təyin edilməklə və sair tibbi yollarla orqanizmin bioloji mühitini alkoqoldan, psixotrop maddədən təmizləmək mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli protokolu tərtib etmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısı, CD disk, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, onun həmin izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir və inzibati materialda olan sübutlarla onun izahatı tam təkzib olunur. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 000362 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna münasibətdə qeyd edir ki, Şəxs həmin protokolu necə və hansı şəraitdə alması məlum deyil, ona görə də məhkəmə protokolu mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(050)-786/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-786/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver