Məhkəmə qərarları › İş №3(050)-809/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-809/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-809/2024 15.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakimi Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Eynalov Babək Eynal oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 18, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “CHANGAN CS 75 PLUS” minik markalı, ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “CHANGAN CS 75 PLUS” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYP-nin YPX inspektoru tərəfindən saxlanılmış, həkim müayinəsinə təqdim edildikdən sonra yoxlama zamanı avtomaşını narkotik vasitədən istifadə olunması nəticəsində yaranmış sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Halbuki, həmin vaxt narkotik sərxoşluğunda olmamış, əvvəllər narkotik istifadə etmiş, bu səbəbdən də analizin nəticəsi protokoldakı kimi göstərilmiş, tələb etsədə onu alkotestr ilə yoxlamadan keçirməmişdilər. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. 10 aprel 2024-cü il tarixli, seriya İXP, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 143-cü kilometrliyində idarə etdiyi “CHANGAN CS 75 PLUS” minik markalı, ** EU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolda “Protokolla tanış oldun, razıyam.” qeydi aparmışdır. xx.xx.2024-cü il tarixli, 000508 saylı sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi iə aparılan tibbi maüyinə protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC pozitiv aşkar olunmuş, o, narkotik (kannbinoid) sərxoşluq vəziyyətində olmuşdur. Müayinədən keçirlən şəxs protokolda “Rəylə razıyam.” qeydi aparmışdır. Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətini təyin edilməsi barədə müayinə aktı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar