Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-813/2024 17.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 iştirakı ilə, ünvan 1 ünvanı olan Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokola və əlavə edilmiş sənədlərə görə Masallı şəhəri, E.Hüseynov küçəsində (yeni qayda ilə Masallı şəhəri, E.Hüseynov küçəsi, 8) yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, aparılan plandankənar yoxlama zamanı klinikada sertifikatsız işləyən işçilər olduğu aşkar edilmiş və bu səbədən klinika barəsində inzibati protokol tərtib edilmişdir. Lakin o, protokol ilə razı deyildir. Belə ki, protokolda sertifikatsız əməliyatlara çıxdığı qeyd edilən X2 protokolun tərtib edilməsinə səbəb olan əməliyyatların heç birində iştirak etməmişdir. Qeyd edilən fakt xəstəlik tarixlərindən də görünməkdədir. X2 24 fevral 2024-cü il tarixdən etibarən sertifikatlı olaraq əməliyyatlarda iştirak etmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Nümayəndə2 məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Analtik X4 Nəzarət Şöbəsinin mütəxəssisi X10 tərəfindən tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Masallı şəhəri, E.Hüseynov küçəsində (yeni qayda ilə Masallı şəhəri, E.Hüseynov küçəsi, 8) yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza Mərkəzi tərəfindən plandənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 29 mart 2024-cü il tarixli, 3-28-1/3-2-350/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədi ilə, xx.xx.2023-cü-xx.xx.2023-cü il tarixlərdə AEM-nin Tibbi Nəzatər şöbəsinin baş mütəxəssisi X5, AEM-nin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X10 tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də həkim-neyrocərrah vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bitmə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də həkim-neyrocərrah vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bitmə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2**-İR-***3 nömrəli əmrdən görünür ki, Şəxs MMC-nin Masallı filialı bölməsində “həkim-neyrocərrah” vəzifəsində işləyən X11 ilə bağlanmış 4KMPTNY000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 010 nömrəli əmrdən görünür ki, X11 xx.xx.2024-cü il tarixdən əmək haqqı müqaviləsinə uyğun ödənilməklə Şəxs MMC-nin Masallı filialına 1.0 ştat vahidilə “həkim-neyrocərrah” vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan 4403 nömrəli tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxlıması barədə şəhadətnamədən görünür ki, X9 “neyrocərrahiyə” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. Verilmə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan Əmək müqaviləsi bildirişindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdən Şəxs MMC-də həkim-neyrocərrah vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bitmə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında olan ******* nömrəli xəstəlik tarixinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat protokolundan görünür ki, xəstə X1 əməliyyatı cərrah Elçin Abbaszadə tərəfindən icra edilmişdir. İş materiallarında olan ******* nömrəli xəstəlik tarixinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat protokolundan görünür ki, xəstə X3 əməliyyatı cərrah Elçin Abbaszadə tərəfindən icra edilmişdir. İş materiallarında olan 11633473 nömrəli xəstəlik tarixinə əlavə edilmiş xx.xx.2024cü il tarixli əməliyyat protokolundan görünür ki, xəstə X8 əməliyyatı cərrah Elçin Abbaszadə tərəfindən icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Masallı BTK-də olunmuş əməliyyatların siyahısından görünür ki, xəstəlik tarixçəsi nömrəsi ******* olan, xəstə X1 əməliyyatı xx.xx.2024-cü il tarixdə həkim Elçin Abbaszadə tərəfindən icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Masallı BTK-də olunmuş əməliyyatların siyahısından görünür ki, xəstəlik tarixçəsi nömrəsi 11633473 olan, xəstə X8 əməliyyatı xx.xx.2024-cü il tarixdə həkim Elçin Abbaszadə tərəfindən icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Masallı BTK-də olunmuş əməliyyatların siyahısından görünür ki, xəstəlik tarixçəsi nömrəsi ******* olan, xəstə X3 əməliyyatı xx.xx.2024-cü il tarixdə həkim Elçin Abbaszadə tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş Masallı Şəxs klinikası tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən (xəstəlik tarixlərindən və sair) görünür ki, həkim-neyrocərrah X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində hər hansı bir cərrahiyyə əməliyyatı aparmamışdır. Buda onu sübut edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, yəni inzibati xəta hadisəsi olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-813/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-813/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver