Məhkəmə qərarları › İş №3(050)-815/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-815/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-815/2023 23.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı Rayon Prokurorunun köməkçisi X4 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərişıq ASC-də nəzarətçi mühəndis işləyən, Masallı şəhəri, Dadva küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində 23 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və inzibati material baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda fiziki şəxs Şəxs tərəfindən abonentlərdən yığılan borc vəsaitini mənimsənildiyi göstərilmişdir. Masallı Rayon Prokurorunun köməkçisi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, “X7” MMC Şəxsda olmaqla 4 şəxs barəsində Masallı rayon prokurorluğuna şikayət etmişdir. İş üzrə araşdırılma aparılmış, tərəflərin izahatları alınmış əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olduğu öz təsdiqini tapmışdır. Belə ki, Şəxs 2021-ci ilin oktyabr ayından "xxxx" ASC-nin Masallı Elektrik şəbəkəsinin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir. Əsas vəzifəsi sayğaclara baxış keçirib elektrik enerjisindən istifadəyə görə borclarla bağlı abonentlərə bildirişlərin paylanması, onların ödənişə cəlb edilməsi və sairədən ibarət olmuşdur. Ona təhkim olunmuş əvvəlki ərazi rayonun Sərçuvar, Xıl, indi isə Öncəqala və Təzəkənd kəndləridir. Şəxs xx.xx.2022-ci il tarixdə “X7” MMC ilə müqavilə bağlamış, müqavilənin şərtlərinə əsasən müqavilə tərəfi və "xxxx" ASCnin Masallı rayonu üzrə nəzarətçi mühəndisi kimi öz xidməti ərazisində elektrik enerjisi istehlakçılarından elektrik enerjisindən istifadəyə görə yaranmış kommunal borcları nağd şəkildə yığıb istehlakçılara ödəniş qəbzlərini təqdim etdikdən sonra, həmin yığılmış vəsaitləri “X7” MMC-nin elektron sistemində adına açılmış müvafiq hesaba yükləməli olmuşdur. Bundan sonra ödəyici kimi elektron hesabına yüklədiyi məbləğlərdən müəyyən olunmuş miqdarda bonus köçürülür. “X7” MMC-nin elektron tətbiqində adına açılmış müvafiq hesaba əvvəlcədən müəyyən məbləğdə balans yüklənir. Müqaviləyə əsasən o abonentlərin borcları nağd şəkildə aldıqdan dərhal sonra həmin balansdan abonentlərin xidmət təchizatçılarına olan borclarını ödəyib, bundan sonra isə nağd şəkildə yığdığı vəsaiti yenidən həmin elektron hesaba yükləməli olmuşdur. Müqavilə bağladıqdan sonra onun hesabına 500 manata yaxın balans yüklənmiş, təhkim olunan kəndlərdə yaşayan adlarını çəkmək istəmədiyi abonentlərdən bəziləri ona elektrik enerjisindən istifadəyə görə yaranmış borclarını ödəməsini, bir neçə gün sonra borclarını nağd şəkildə verəcəklərini təklif etmişlər. Öz növbəsində həmin abonentlərə inanaraq onların Azərişıq ASC-yə olan borclarını “X7” MMC-nin elektron tətbiqində adına açılmış hesabda olan balansdan ödəmələri etmişdir. Lakin adların ödəniş etdiyi həmin abonentlər sonradan borclarını vermədiklərinə görə o balansdan istifadə etdiyi ödəmələrin yerinə köçürmələri təmin edə bilməmiş, bu səbəbdən “X7” MMC-yə borcu yaranmışdır. Onun hazırda “X7” MMC-yə 483.64 manat borcu vardır. Materiala əlavə edilmiş diller Şəxs xidməti müqavilə əsasında “X7” MMC-yə göstərdiyi xidmət üzrə hesablaşmalar barədə məlumatdan, hesab çıxarışları və digər sənədlərdən göründüyü kimi xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində həmin təşkilat tərəfindən Şəxs hesabına 1825.0 manat balans köçürülmüş, sonuncu həmin məbləği istifadə edərək müəyyən hissəsini şirkətə köçürmüş, lakin 483.64 manat pulu isə şirkətin hesabına köçürməyərək mənimsəmişdir. Odur ki, inzibati xəta haqqında materialın təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 2021-ci ilin oktyabr ayından "xxxx" ASC-nin Masallı Elektrik şəbəkəsinin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi vəzifəsində işləyir. Əsas vəzifəsi sayğaclara baxış keçirib elektrik enerjisindən istifadəyə görə borclarla bağlı abonentlərə bildirişlərin paylanması, onların ödənişə cəlb edilməsi və sairədən ibarət olmuşdur. Ona təhkim olunmuş Sərçuvar kəndində yaşayan abonentlərdən bəziləri ona elektrik enerjisindən istifadəyə görə yaranmış borclarını ödəməsini, bir neçə gün sonra borclarını nağd şəkildə verəcəklərini təklif etmişlər. Öz növbəsində həmin abonentlərə inanaraq onların Azərişıq ASC-yə olan borclarını “X7” MMC-nin elektron tətbiqində adına açılmış hesabda olan balansdan ödəmələri etmişdir. Lakin adların ödəniş etdiyi həmin abonentlər sonradan borclarını vermədiklərinə görə o balansdan istifadə etdiyi ödəmələrin yerinə köçürmələri təmin edə bilməmiş, bu səbəbdən “X7” MMC-yə 483.64 manat məbləğində borcu yaranmışdır. Bundan sonra o, “X7” MMC ilə əlaqə yaradaraq yaran borcu hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin şirkət onun təklifi ilə razı olmayaraq yaranmış borcun tam şəkildə ödənilməsini tələb etmişdir. İmkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də “X7” MMC onun barəsində Masallı Rayon Prokurorluğuna müraciət etmişdir. Hazırda yaranmış borcundan 100 manat ödəniş etmişdir. Himayəsində 3 azyaşlı uşağı vardır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan 23 may 2023-cü il tarixli Masallı rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, toplanmış materiallar üzrə Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, ödəyici Şəxs tərəfindən müştəri X1 100 manat pul ödəmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə inzibati tənbeh tətbiq edildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar