Məhkəmə qərarları › İş №3(050)-819/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-819/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-819/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Masallı rayonu, Təklə kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində iki baş xırdabuynuzlu heyvanı oğurlamışdır. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə 24 may 2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin polis sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, st.Masallı qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək, 2022-ci ilin may ayının ortalarında naməlum şəxs tərəfindən yaşadığı Masallı rayonu, St.Masallı qəsəbəsində yerləşən açıq sahədən ümumi dəyəri 300 manat olan iki baş xırdabuynuzlu heyvanlarının oğurlanmasını göstərmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 2022-ci ilin may ayının ortalarında Masallı rayonu, St.Masallı qəsəbəsində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 300 manat olan iki baş xırdabuyunuzlu heyvanı oğurlamışdır. Göstərilən səbəbdən Şəxs barəsində inzibati tədbir görülməsi üçün protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı rayonu, St.Masallı qəsəbə sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında mübahisələri və ədavətləri olmamışdır. 2022-ci ilin may ayının ortalarında gecə saatlarında Masallı rayonu, St.Masallı qəsəbəsində VAZ-2107 markalı 44BC351 dövlət qeydiyyat nişanlı avtomaşınını idarə edən zaman sahədə sahibsiz xırdabuynuzlu heyvanlar görmüşdür. Pula ehtiyacı olduğundan həmin xırdabuynuzlu heyvanları oğurlamağı qərara almış, bu səbəbdən avtomaşınını dayandırmış, bundan sonra avtomaşından düşüb piyada açıq sahədə olan xırdabuynuzlu heyvanların yanlarına yaxınlaşmış və iki başını tutub tez avtomaşınının yanına gətirmiş, bundan sonra həmin oğurladığı iki baş xırdabuynuzlu heyvanları avtomaşının arxa yük yerinə qoymuş və tez avtomaşınını oradan Cəlilabad rayonunda yerləşən heyvan alğı-satqı bazarına sürmüşdür. Heyvan bazarında oğurladığı iki baş erkək cinsli, biri ağ, digəri qəhvəyi rəngdə olan xırdabuynuzlu heyvanları tanımadığı şəxsə 300 manata satıb bazardan getmişdir. Həmin pula sonradan özü üçün ərzaq məhsulları alıb istifadə etmişdir. Sonda Şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, özünə məxsus xırda buynuzlu heyvanları vardır, həmin heyvanları yaşadığı evinin həyətində saxlayır. Hər gün saat 08 radələrində xırdabuynuzlu heyvanlarını kənddə yaşadığı evinin qarşısında yerləşən otlaq sahəsinə aparır və saat 19 radələrində geri yaşadığı evinin həyətinə gətirir. 2022-ci ilin may ayının ortalarında saat 08 radələrində xırdabuyunuzlu heyvanları kəndin sahəsinə aparmış, həmin gün şəxsi işləri olduğundan saat 20 radələrində xırda buynuzlu heyvanları sahədə qalmış və özü yaşadığı evə gəlmişdir. Ertəsi gün saat 09 radələrində sahədə olan xırda buynuzlu heyvanlarının yanına qayıdıb yaşdığı evinin həyətinə aparmışdır. Həyətdə xırda buynuzlu heyvanlarını saymağa başlamış, həmin vaxt iki baş xırdabuyunuzlu heyvanının olmadığını aşkar etmişdir. Bu səbəbdən sahəyə qayıdıb xırdabuynuzlu heyvanlarını axtarmağa başlamış, axtarmasına baxmayaraq, xırdabuyunuzlu heyvanlarını tapmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Msallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Şəxslə ilə barışmasını və ona vurulmuş 300 manat məbləğində maddi ziyanın ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin əməldə İXM-nın 227-ci maddəsinin tərkibi olduğuna görə Şəxs məsuliyyətə cəlb olunması üçün qərarın surəti Masallı RPŞ-yə göndərilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, xx.xx.2023-cü il tarixli seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona vurulmuş 300 manat məbləğində ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində iki baş xırdabuyunuzlu heyvanın oğurlnaması və bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tərəflərin izahatları, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən təqsirli bilinməli, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar