Məhkəmə qərarları › İş №3(050)-820/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-820/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-820/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-229/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 07 dekabr 2022-ci il tarixdən başlayaraq 02 mart 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda borclunun aliment öhdəliyi üzrə 1020 (bir min iyirmi) manat məbləğində ödənilməmiş borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini tam icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-229/2023 nömrəli 13 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 07 dekabr 2022-ci il tarixdən başlayaraq 02 mart 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədini icra etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin icra sənədi ilə bağlı bütün növ icra hərəkətləri aparılmışdır. Hazırda borclunun aliment öhdəliyi üzrə 1020 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs dindirilərkən izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən onun tələbkar Zərərçəkmiş şəxs aliment öhdəliyi üzrə 1020 (bir min iyirmi) manat məbləğində borcu qalmaqdadır. Maddi imkanı olmadığına görə qeyd edilən məbləği ödəyə bilməmişdir. Lakin hazırda həmin borc məbləğindən 200 manat ödəməsini və hər ay 100 manat ödəməsi ilə bağlı tələbkar ilə aralarında razılıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs dindirilərkən izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən Şəxs ona ümumilikdə 1020 manat məbləğində aliment tələbi ilə bağlı borcu vardır. Lakin hazırda borclu yaranmış borcundan ona 200 manat ödəniş etmişdir və qalan borcun ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunmuşdur. Bu səbəbdən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialına əlavə edilmiş tələbkar Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən və qəbzdən görünür ki, Şəxs ona 200 manat məbləğində ödəniş etmiş, qalıq borcla bağlı isə aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, hazırkı iş üzrə borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar