Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-824/2023 26.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25 may 2023-cü il tarixdə ucadan ünvansız söyüş söyməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bir oğlu suda boğularaq ölmüşdür. Həmin vaxtdanda əsəbidir. xx.xx.2023-cü il tarixdə barəsində olan cinayət işi ilə bağlı Masallı RPŞ-yə dəvət olunmuşdur. Bununla bağlı Masallı RPŞ-də müstəntiq Babək Nəsirovun xidməti otağında olmuşdur. Orada olduğu zaman əsəbləşdiyindən özündən biixtiyar ucadan ünvansız söyüşlər söymüşdür. Həmin vaxt polis əməkdaşları etdiyi hərəkətlərin ictimai qaydanın pozulmasına səbəb olduğunu bildirərək onu sakitləşdirməyə çalışmışlar, lakin o, isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Hazırda tutduğu əməldən peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Masallı RPŞ-nin İB-də CM-nin 181.2.1 və 181.2.3-cü maddəsi ilə istintaqı aprılan ********* nömrəli cinayət işi üzrə zərurət yarandığından Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs xx.xx.2023-cü il arixdə RPŞ-nin İB-nə gətirilmiş, həmin vaxt o cinayət işi üzrə şahid qismində dindirilərkən onun xidməti otağında heç bir əsaslı səbəb olmadan uca səslə danışmağa və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O, onu intizamlı olmağa dəvət edərək nə üçün bu hərəkətləri etməsinin səbəbini soruşsa da, Xeybər heç bir əhəmiyyət vermədən hərəkətlərini davam etdirərək uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt İB-nin digər müstəntiqləri səs-küyə xidməti otağına gəlmişlər, lakin Şəxs İB-nin digər müstəntiqləri ilə birlikdə intizamlı olmağa dəfələrlə dəvət etsələr də o, onlara əhəmiyyət verməmiş və öz hərəkətlərini davam etdirərək onun və RPŞ-nin əməkdaşlarının xidməti fəaliyyətini pozmuşdur. Şəxs barəsində tədbir görülməsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Orxan Balakişiyev tərəfindən 25 may 2023-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 25 may 2023-ci il tarixdə saat 20:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 25 may 2023-cü il tarixdən, saat 20:45-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Ağayev X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-824/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-824/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver